192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bastainfo.az saytının baş redaktoru polisdə olub
2018-12-24 17:50:34

Bastainfo.az saytının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli dekabrın 23-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində olub.

Bu barədə Mustafa Hacıbəyli AzadliqRadiosuna danışıb.

O, deyib ki, Bakı Şəhər Prokurorluğunda barəsində seçilən polis nəzarətinə götürülmə haqqında qərarla tanış olub:

“Hər həftə 5-ci bölməyə gedib qeydiyyatdan keçməliyəm. Əgər Bakı şəhərini tərk etmək istəsəm, bu haqda qabaqcadan polisə məlumat verməliyəm”.

M.Hacıbəyli prokurorluqda qaldırılan cinayət işini əsassız sayır:

“Gələn ay məhkəməm başlayacaq. Məhkəmə qərarı olmadan da hərəkət hüququm və azadlığım məhdudlaşdırılır”.

M.Hacıbəyliyə Gəncə olaylarından sonra Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin (CM) 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

Prokurorluq M.Hacıbəyli haqqında polis nəzarətinə götürmə tədbiri seçib.