192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda yüzədək dindar “siyasi məhbus” kimi tanınır
2018-12-24 16:04:26

“Hazırda Azərbaycanda dini durum sabitdir, bu sahədə cərəyan edən proseslər və tendensiyalar nəzarətdədir.”

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Hüquq müdafiə təşkilatlarının məlumatına görə, hazırda ölkədə siyasi məhbus kimi tanınan 150 nəfərin yüzə qədəri dindarlardır.

İl ərzində Suriya və İraqda radikal dini cərəyanların qanunsuz silahlı dəstələrinin tərkibində döyüşmüş onlarla insan həbs olunub.

Hüquq mühafizə orqanlarının bildirdiyi kimi, radilkal dini zəmində Gəncə şəhərində baş verən hadisələr diqqəti cəlb edir. Belə ki, iyulun 3-də dindar Yunis Səfərov Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə bir neçə atəş açıb.

İyulun 10-da isə Gəncədə dindarların aksiyadı zamanı şəhər polis rəhbərliyində təmsil olunan iki yüksək rütbəli zabiti öldürülüb.

İyulun 30-da Azərbaycanın baş prokuroru Zakir Qaralov Gəncədə baş vermis hadisələrlə əlaqədar əməliyyat-axtarış, istintaq tədbirləri haqqında danışarkən bildirib.

“Radikal dini təriqətə mənsub, xarici ölkədə dini təhsil almış və Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş Yunis Səfərovun hakimiyyət nümayəndəsinə qarşı planlaşdırılmış terror aktı, baş tutacağı halda ölkədə xaos və iğtişaşlar yaratmağa yönəlmiş çağırışın öncədən hazırlanması, həmçinin bir neçə gün sonra baş verən kütləvi iğtişaşlar bu hadisələrin bir neçə ay əvvəldən nəzərdə tutulduğunu və dini-ekstremist təşkilatlarla sıx bağlı olduğunu göstərib”, baş prokuror qeyd edib.

Rəsmi məlumatlara görə, Gəncə hadisələrindən sonra 80-ə yaxın insan həbs olunub, 7 nəfər isə silahlı müqavimət göstərdiyinə görə öldürülüb.