192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Hökumət və biznes icması əlaqələri yeni səviyyəyə qaldırmaq üçün unikal fürsət yaradılıb: Nikol Paşinyan
2018-12-25 10:59:56

Yeni il və Milad bayramları münasibətilə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan adından Ermənistanın biznes icması nümayəndələri üçün qəbul təşkil edildi.

Nikol Paşinyan biznesmenləri gələcək bayramlar münasibətilə təbrik edib. Nikol Paşinyan öz çıxışında keçən 2018-ci iqtisadi ilin nəticələrinə və 2019-cu ildən olan gözləntilərə toxundu.

ER hökumətindən verilən məlumata görə, Nikol Paşinyan qeyd etdi ki, 2019-cu ildə hökumətlə biznes icmasının əlaqələrini yeni səviyyəyə çatdırmaq və bu əlaqələrə yeni keyfiyyət vermək üçün unikal fürsətlər yaradıldı.

“Qeyd edə bilərəm ki, Ermənistan hökumətində olan insanların iqtisadi maraqları yoxdur və olmayacaqdır. Bu deməkdir ki, bizim əsas məsələmiz iqtisadiyyatın və bu sahəyə cəlb olunmuş şirkətlərin uğurları olacaq. Bu sahədə bizim ən önəmli marağımız istisnasız bütün şirkətlərin uğurudur”.