192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Məmmədyarovun bəyanatları Bakının danışıqlar prosesinin irəliləyişinə hazır olmamasını göstərir: Babayan
2018-12-25 12:55:57

Azərbaycan Xİ naziri Elmar Məmmədyarovun bəyanatları Azərbaycan-Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin irəliləyişinə Bakının hazır olmamasını göstərirlər. Bu haqda Artsax Prezidentinin mətbuat katibi Davit Babayan NEWS.am-ə müsahibədə Azərbaycan Xİ nazirinin bəyanatını şərh etdi.

“Məmmədyarovun bəyanatlarını Bakının qeyri-konstruktiv mövqeyinin növbəti göstərişi kimi qiymətləndirmək olar. Bu, bizə və ya özünə hörmətsiz bir münasibətdir, aydın deyil. Azərbaycan Xİ naziri böyük bir güzəşt olaraq Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarəetmə hüququ verməyə söz verir. Nədir, indi biz bundan məhrumuq? Bu cür bəyanatlara paralel olaraq Bakı müharibə ilə təhdid etməyə davam edir. Həyata keçirilməmiş xəyallara müraciət etmək əvəzinə, Azərbaycan hakmiyyətləri öz ritorikasını və yanaşmalarını dəyişdirməli, rəsmi Stepanakertlə birbaşa danışıqlara başlamalıdırlar. Məmmədyarovun dediyi substantiv danışıqlar üçün məhz bu böyük addım olardı”.