192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistan Respublikası AİB-də təşəbbüskar siyasətini davam etdirəcək: Albert Babayan
2018-12-25 13:19:14

Avrasiya İqtisadi Birliyində Ermənistan Respublikasının aktiv və təşəbbüskar siyasəti var. “Armenpress”-ə müsahibədə bu haqda ER İqtisadi İnkişaf və İnvestisiyalar nazirinin müavini Albert Babayan bildirib.

Babayanın sözlərinə görə, Ermənistan Respublikası 2018-ci ildə AİB ölkələri arasında böyük aktivlik göstərdi. Bunu il ərzində ER-nın qeyd etdiyi göstəriciləri və qaldırdığı məsələlər çərçivəsi də göstərir.

“2018-ci il yanvar-oktyabr aylarında Ermənistan Respublikasının digər ölkələrə ümumi ixracatı 11.7%, AİB-ə üzv ölkələrə ixracatı isə 22.6% artıb. Bu il həmçinin hökumət tərəfindən azad ticarət üzrə iki sazişin təsdiq olunması baxımından diqqətəlayiq idi. Bu sazişlər hazırda təsdiq üçün parlamentə göndərilmişdir. Bunlar İran İslam Respublikası ilə imzalanmış azad ticarət üzrə müvəqqəti sazişi və Çin Xalq Respublikası ilə imzalanmış ticarət və iqtisadi sazişidir.

İranla azat ticarət üzrə müvəqqəti sazişə əsasən, ER-dan və AİB digər ölkələrindən təxminən 360 məhsul növü azalmış və ya dondurulmuş gömrük rüsumları ilə İran islam Respublikasına ixrac edilməlidir. İrandan AİB ölkələrinə ixrac olunacaq malların sayı isə, 502-ə yaxındır”,-deyə Babayan qeyd etdi.

Nazir müavini bildirdi ki, hazırda Serbiya, Sinqapur və Misirlə də azad ticarət üzrə razılaşmaları nəzərdə tutulur. Bunlardan ikisi 2019-cu ildə, Misirlə isə azad ticarət üzrə razılaşma haqqında müzakirələrin ilk mərhələsi gələcək ilin yanvar ayından başlayacaq.