192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistan və Azərbaycan liderlərinin görüşləri: 2019-cu il nə vəd edir və Azərbaycan tərəfinin optimizi nəyə əsaslanır?
2018-12-25 15:15:08

2018-ci il dekabrın 25-də Ermənistan İctimai Radiosunda “Azərbaycan bir həftə ərzində” proqramına start verilib. Proqramda Azərbaycanda həftə ərzində baş verən ən mühum və maraqlı hadisələri müzakirə olunur. Proqramın aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram çərçivəsində Ermənistan Xİ naziri Zohrab Mnatsakanyanla Azərbaycan Xİ naziri Elmar Məmmədyarovun Mildandakı görüşü və ER baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Sankt-Peterburqdakı görüşü müzakirə olundu.

Proqeramda həmçinin bu görüşlərlə bağlı olan Dağlıq Qarabağ məsələsinin həlli məsələsi müzakirə olundu.

Beləcə, Milanda ATƏT-ə üzv dövlətlərinin Xarici İşlər nazirlərinin iclasında Ermənistan və Azərbaycan Xİ nazirləri də iştirak etdilər. ATƏT-in MQ həmsədrlərinin səyləri ilə Zohrap Mnatsakanyan və Elmar Məmmədyarov arasında rəsmi görüş keçirildi. Qapalı qapılar arxasında olduqca uzun sürən danışıqlar aparıldı və sonunda tərəflər olduqca optimist bəyanatla çıxış edərək qeyd etdilər ki, danışıqlar faydalı idi və növbəti görüş 2019-cu il yanvarında ola bilər.

Rəsmi Bakı bu görüşdən sonra olduqca optimistdi və ilk bəyanatı Azərbaycan tərəfindən oldu. Onlar bəyan ediblər ki, uzun illər sonra ilk dəfə Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan tərəfindən birgə bəyanat razılaşdılıdı və 2019-cu ildə münaqişənin nizamlanması baxımından gözləntilər var. Bu haqqında İlham Əliyev də son günlərdə danışdı və təhdid etdi ki, Azöərbaycan bütün dünyadan silah almağa və ordunu gücləndirməyə davam edir və yeni müharibəyə hazır vəziyyətdədir.

Ancaq, optimism üçün o qədər də çox şey yoxdur. Heç bir şey də dəyişməmişdir. Qeyd olunur ki, bütün olan bitənlərlə paralel olaraq Azərbaycan “Dağlıq Qarabağın azərbaycanlı icmasının” sədri Bayram Səfərovu deyişdirdi. Yəni, Azərbaycan bir şeylərə hazırlaşır, lakin onların optimizmi və planları erməni tərəfinin planları ilə nə qədər bağlıdır hələ ki demək olmaz.

Bütün bu, erməni cəmmiyyətinə qarşı psixolojik təyziq, Azərbaycan cəmmiyyətinə isə bir sakinleştirici ola bilər.

Çox tez dəyişən yeni həqiqətlər var.  Azərbaycanın Xarici işlər Nazirliyi   nəticələrini məmnuniyyətlə ifadə edərək, erməni tərəfini ağır vəziyyədə qoymağa çalışıb. Çünki bu erməni cəmiyyətində dərhal bir sıra suallar doğurur.

Əgər Azərbaycan KİV-ləri bir şeydən razı qaldıqsalar, bu erməni tərəfi üçün çox faydalı olmadığı anlamına gəlir.

Belkə də,  belə bir şey yoxdur- danışıqlar porsesində heç bir irəliləyiş yoxdur vəümumiyyətlə heç bir dəyişiklik yoxdur, amma Azərbaycan erməni cəmiyyətində sualların cavabı hələ olmayan müzakirələrə yol verən siqnallar verir. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova sözlərinə görə, Sergey Lavrovun Bakıya səfəri zamanı vurğulayıb ki, nizamlanma üçün əsas formalaşdıracaq kreativ ideyalar tapmağa çalışacaqlar. Rusiyanın XİN mətbuat katibi  deyir ki, ekspertlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün kreativ ideyaların hazırlanması ilə məşğuldur.

Yəni, ilk növbədə söz  hansı yaradıcı  ideyaları haqqına olduğunu anlamaq lazımdır. Yeni nə təklif edilə bilər? Bunu qaöalı görüşlərdə iştirak edən insanlar bizə bildirə bilər. Bu vəziyyətdə analiz etmək və vəziyyəti anlamaq üçün ilk növbədə rəsmi bəyanat lazımdır.

Bəli, Azərbaycan fəal olaraq müharibəyə hazırlaşdığı barədə  siqnalları verir. Bu baxımdan diqqətə layiqdir ki, Tavuş sərhəddində döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınıb.  Yəni  bir sıra məntiqi hərəkətlər göstərir ki, Azərbaycan o qədər də sülh üçün səy göstərmir. Azərbycan cəmiyyətində ermənifobiyanın bütün bu meyləri çox da görünmür. Bu isə  cəmiyyətlərin sülha hazırlaşmaq üçün birbaşa təlimat alıdıqları halda baş tutur. Yəni, bu istiqamətdə bəzi irəliləyişlərin başlaması güman edilib, lakin, buna baxmayaraq vəziyyət istəniləndən uzaqdır və   əks istiqamətə gedir.