192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bu ildə Ermənistana gələn turistlərin sayı 8.8% artıb
2018-12-26 12:06:57

Ermənistan Respublikasına turistik səyahətlərin sayı 2018-ci il yanvar-september aylarında 8.8% artıb.

Bunu jurnalistlərlə görüşdə ili yekunlaşdıran ER İqtisadi İnkişaf və İnvestisiyalar Nazirliyinin Turizm üzrə komitəsinin sədri Hripsime Qrigoryan bildirib.

“2017-ci ildə Ermənistana 1 milyon 172 min 402 turist gəldiysə, 2018-ci ildə turistlərin sayı 1 milyon 275 min 209 təşkil edib. Turistlərdən 525 min 423-ü Ermənistana Ruisya Federasiyasından gəldi”.

Hripsime Qrigoryanın sözlərinə görə, turistlərin səhayətlərinə görə, Gürcüstan ikinci yerdədir. Gürcüstandan Ermənistana 233 min 125 turist gəldi. Üçüncü yerdə İrandır – 132 min 839 turist. Dördüncü yerdə ABŞ – 46 min 138 turist və beşinci yerdə Ukrayina – 24 min 208 turist.

“2018-ci il yanvar-september aylarında kəskin artım qeyd etdiyi ölkələr Hindistan (131%), Çin (107%) və Qazaxıstandır (83%)”