192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Mariya Zaxarova: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Rusiya əlindən gələni edəcək"
2018-12-26 15:26:38

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni edəcək, lakin vaxt tələbən olmamalıdır. Bu haqda Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zaxarova 2019-cu ildə həll olunması ehtimallarına  dair sualını cavablandıraraq bildirdi.

Biz vaxt məhdudiyyəti qoymuruq. Biz həmişə bu problemin tezliklə həll olunmasına və bu məqsədlə görülən bütün tədbirlərə tərəfdar çıxmışıq”, – deyən M.Zaxarova münaqişənin uzunmüddətli olduğundan konkret nə vaxt həllini tapacağını söyləməyin çətin olduğunu dilə gətirib

"Lakin Rusiya tərəfindən istər həmsədr qismində, istər milli vahid, istərsə də Azərbaycan və Ermənistanla birgə tarixi keçmişi olan ölkə kimi, asılı olan nə varsa, bütün zəruri addımlar atılacaq””- deyə Zaxarova qeyd etdi.