192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Fuad Əhmədli karserə salınıb
2018-12-27 14:45:36

16 saylı koloniyada cəza çəkən AXCP fəalı Fuad Əhmədli dekabrın 26-da 2 sutkalığa karserə salınıb. Bu barədə onun ailə üzvləri bildiriblər. Fəalın cəzalandırılmasının səbəbləri məlum deyil.

Penitensiar Xidmətdə şərh verməkdən imtina ediblər.

"Daxili intizam qaydalarının pozulmasına görə məhkumun cəzalandırılması müəssisə rəhbərliyinin səlahiyyətindədir. Penitensiar Xidmət belə halları şərh etmir", - Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib.

*Fuad Əhmədli 2018-ci il avqustun 17-də "operativ-axtarış fəaliyyəti haqqında qanunun normalarının pozulması", əsasən "Azerfon" mobil rabitə istifadəçilərinin şəxsi məlumatlarının yayılması kimi uydurma ittihamla həbs olunub. Bundan əlavə, onu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham ediblər.

2017-ci il iyunun 16-da F.Əhmədli 4 il azadlıqdan məhrum edilib. Avqustun 17-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. F.Əhmədli siyasi məhbus kimi tanınıb․