192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Qrigori Martirosyan Artsaxda ikirəqəmli iqtisadi artım proqnozlaşdırdı
2018-12-27 14:52:02

Artsax Respublikası dövlət naziri Qrigori Martirosyan dekabrın 27-də keçən ili yekunlaşdıran mətbuat konfransı təşkil etdi.

Artsax respublikası dövlət naziri administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dövlət naziri öncədən keçən ilin əsas göstəricilərinə toxunaraq qeyd etdi ki, bunlar hələ ki, son rəqəmləri deyildir, amma mövcud məlumatlara əsasən, keçən illərdə qeyd olunan iqtisadi inkişafı davam etməkdədir.

“Proqnozlaşdırıla bilər ki, il sonunadək ÜDM 303 milyard dram təşkil edəcək, hansı ki ikirəqəmli iqtisadi artım təmin edəcək. 2018-ci ildə bir nəfərə düşən ÜDM 4260 ABŞ dollar təşkil edəcək. 2017-ci ildə isə, bir nəfərə düşən ÜDM 3845 ABŞ dollardı”

Martiroyan əlavə etdi ki, işi olan insanların sayı 2018-ci ildə 1198 ilə artıb. Onun sözlərinə görə, qeyd olunan göstəricilərə əsasən, cari ilin 11 ayında 111 milyard dramdan çox məbləğində sənaye məhsulu istehsal olunub, hansı ki, ötən il ilə müqayisədə 31 faiz çoxdur.

2018-ci ilin 11 ayı ərzində Respublikada 350 milyon kilovat/saat elektrik enerjisi istehsal olundu və bu keçən illə müqayisədə 18% ilə çoxdur.

Hazırda 16 kiçik SES tikilir. Yaxın illərdə elektrik enerjisinin həcmini iki dəfə artırmağı nəzərdə tutulur.

Qeyd olunmuş ektorlara toxunduqdan sonra Q. Martirosyan jurnalistlərin suallarını cavablandırdı.