192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
V. Putin:Ermənistan-Rusiya münasibətlərini xarakterizə etmək lazım deyildir. Onlar həqiqətən müttəfiq münasibətləridir
2018-12-28 10:03:22

ER Baş nazirinin vəzifəsini icra edən  Nikol Paşinyan Rusiya Federasiyasına etdiyi  işgüzar səfər çərçivəsində  Moskvada  RF Prezidenti Vladimir Putin ilə  görüşüb. ER hökumətindən bildirilir ki, həmsöhbətçilər  Ermənistan və Rusiya arasında ikitərəfli və çoxtərəfli formatla  əməkdaşlığın  gündəliyinə aid məsələləri müzakirə edib. RF Prezidenti Vladimir Putin  əvvəlcə Nikol Paşinyanı  seçkilərdə inandırıcı  qələbə münasibətilə təbrik etdi. “Sizə uğurlar, Ermənistan və erməni xalqı rifahı  üçün Sizin və Sizin komandanızın qarşısında  qoyduğunuz  bütün proqramların həyata keçirilməsini arzulayıram.

Bizim münasibətlərimiz xarakterizə etmək lazım deyildir. Onlar həqiqətən kifayət qədər məzmunla dolu müttəfiq münaisbətləridir. Qeyd etmək kifayətdir ki, Ermənistanla iqtisadi əməkdaşlıq sahəsində xarici ölkələr arasında ilk yeri tutmağa davam  edirik: 25.5 faizi  Rusiyaya pay düşür. 2000-dən çox  müəssisə işləyir, 2200 müəssisə. Ticarət dövriyyəsi artır: Keçmiş  il  o təxminən 30 faizlə,  yəni 29,7 faizlə artıb. Bu ilin ilk 10 ayı ərzində o təxminən 18 faizlə, yəni 17,5 faizlə artıb.

Düşünürəm ki, dinamika yaxşıdır, onu saxlamaq lazımdır.  Biz öz tərəfindən bunu etməyə hazırıq.  Bizdən  asılı olan  həy şeyi  edəcəyik ki, münasibətlərin belə səviyyəsini  yalnız bu sahədə deyil, digər sahələrdə saxlanılsın. Həm  də təhlükəsizlik sektoru, KTMT çərçivəsində əməkdaşlıq, Avrasiya İqtisadi İttifaqı çərçivəsində çoxtərəfli iqtisadi əməkdaşlığı demək istəyirəm”.