192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
2018-ci ildə Artsaxa iyirmidən çox xarici nümayəndə heyətləri gəldi
2018-12-28 14:04:31

Keçən il ərzində Artsax öz xarici siyasətini ənənəvi istiqamətlərində aktiv saxlamağa davam etdi. İl ərzində beynəlxalq təşkilatların nümayəndələri, ayrı dövlətlərin rəsmiləri ilə qarşılıqlı görüşlər keçirildi və Artsaxın bacı şəhərlərinin sayı artıb.

2018-ci ildə Artsaxa təxminən 20-dən çox xarici nümayəndə heyətlər gəldi. Ən aktivi Avropa tərəfindən idi, çünki səfərə gəlmiş nümayəndələrin əksəriyyəti Avropa ölkələrini və təşkilatlarını təmsil edirdilər. diqqətəlayiqdir ki, Artsaxla əlaqələrində Avropanın beynəlxalq təşkilatlarından ən aktivi Avropa Parlamenti idi. İl ərzində Artsaxa AP-dan 4 nümayəndə heyəti gəldi. Artsaxa gələn parlamentlilər Artsaxla parlamentar diplomasiyasının davamlı inkişafına əhəmiyyət verdilər və Avropanın müxtəlif qurumlarına Qarabağ münaqişəsinə dair həqiqi və obyektiv məlumatlar çatdırma zərurətinə öz dəstəyini ifadə etdilər.

Beynəlxalq nümayəndəliklərin səfərlərində Frankofon mediyasının beynəlxalq birliyi idarəsinin bir qrup üzvlərinin Arstaxa ziyarəti diqqətəlayiqdi. Ermənistanın iki il Frankofoniya beynəlxalq təşkilatına sədrilik etəcəyini nəzarə alaraq, daha aktiv əlaqələrin yaradılmasına imkanlar da möcud olacaqdır. Məsələn, təşkilatın yanında fəaliyyət göstərən KİV-lərin nümayəndələri və Artsax arasında yaradılan əlaqələr Artsax haqqında olan məlumatların aktiv şəkildə yayılması və işiqlanması onun subyektivliyin artdırmasına töhfə verəcək.

Bu kontekstdə Frankofoniyanın TV Monde beynəlxalq telekanalı ilə əməkdaşlıq etmək olar. Bu kanal BBC və CCN ilə dünyanın üç ən böyük televiziya şəbəkələri sırasındadır.

Avropadan başqa, ABŞ-nın Kaliforniya, Kanada və Livan nümayəndə heyətlərinin səfərləri də çox əhəmiyyətli idi. Məsələn, deməlidir ki, Kaliforniya nümayəndə heyətinin səfəri çərçivəsində müxtəlif sahələrin nümayəndələrinin təcrübbə mübaqiləsi və Artsaxda mütəxəsislər üçün daha yüksək səviyyə yaradmaq üçün qarşılıqlı səfərlərin təşkil etmə imkanlarına əhəmiyyət verildi.

Livanın böyük işadamı Nikolla Abu Faysalin Arstaxa səfəri, Artsax XİN və Livanın Haykazyan universiteti arasında imzalanmış Əməkdaşlıq haqqında memorendum da böyük əhəmiyyət daşıyırdı.