192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Avropa Şurasının komissarı Azərbaycan hakimiyyətini Mehman Hüseynovun üzərindən ittihamları götürməyə çağırıb
2019-01-08 11:43:13

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə telefon söhbətində Mehman Hüseynovun -həbsxanada ona qarşı yeni ittihamlar irəli sürüldüyünə etiraz olaraq aclıq edən blogerin- işilə bağlı danışıb.

"Mən nazir müavininə dedim ki, hakimiyyət dekabrın 26-da Mehman Hüseynova qarşı irəli sürülmüş ittihamları onun üzərindən götürməlidir. Qeyd etdim ki, hakimiyyət Mehman Hüseynova lazımi tibbi yardım göstərməlidir, onun vəziyyəti olduqca narahatlıq doğurur. Bu səbəbdən onun mülki xəstəxanaya köçürülməsi lazımdır ki, zəruri tibbi yardımı ala bilsin. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində öz öhdəliklərinə əməl edəcək. Mən Mehman Hüseynovun işində irəliləyişin olmasını və hakimiyyət və vətəndaş cəmiyyəti ilə konstruktiv dialoqun davam etdirilməsi üçün yaxın aylarda Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm", - komissarın Avropa Şurasının saytındakı bəyanatında deyilir.

Turan-ın məlumatına görə, Mehman Hüseynova dəstək olaraq aclıq aksiyası iştirakçılarının sayı artır

Müsavat Partiyasının ofisində bloger Mehman Hüseynovun və digər siyasi məhbusların azadlığa buraxılması tələbilə aclıq aksiyası davam edir. Müsavat Partiyası İdarə Heyətinin üzvü Tofiq Yaqublu yanvarın 4-dən, AXCP fəalı Tofiq Məmmədov isə yanvarın 2-dən aclıq edir.

Yanvarın 6-da ictimai fəal Fatimə Mövlamlı, Müsavat Partiyası Sumqayıt təşkilatının rəhbəri Elşad İsrafilov və AXCP üzvü Yaşar Ferazi də aksiyaya qoşulublar.

Yanvarın 7-dən aksiyada Fuad Rəhimli (Müsavat Partiyası), Rövşən Nifalzadə (AXCP), Mübariz Fətullayev (AXCP), Nicat Abdulla (AXCP) və Leyla Babayeva (bitərəf) aksiyada iştirak edirlər.

Rəsmi orqanlar hələlik aksiyaya reaksiya verməyiblər.

Azadlıq.info bloger Mehman Hüseynovun durumu haqda qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstutunun rəhbəri Emin Hüseynovla əlaqə saxladı.

Emin Hüseynov Mehman Hüseynovun aclıq aksiyasını davam etdirdiyini təsdiq edib və bildirib ki, qardaşı ilk olaraq etiraz aksiyasına quru aclıqla başlasa da, hazırda su və süd içir və etirazını bu şəkildə davam etdirir.

Emin Hüseynov həmçinin bildirib ki, həbsxanada Mehman Hüseynova aclıq aksiyasının dayandırması üçün təzyiqlər olunur:

“Mehmana həbsxanada təzyiq olunurdu ki, o, aclıqdan imtina etsin. Deyirdilər ki, qol çək ki, aclığı dayandırmısan. O isə imtina edir və deyir ki, mən onsuz da quru aclıq etmirəm artıq. Quru aclıq barədə də o vaxtı ərizə yazmışdı. İndi isə deyir ki, mən bundan sonra su qəbul edəcəm.”

Emin Hüseynov həmçinin deyib ki, Ombudsman Aparatı yanlış məlumat yayır. Onlar bu gün Mehmanın yanına getdiyini və Mehmanın aclığı dayandırdığını bildirib. Lakin Hüseynovun sözlərinə görə, o, cümə günü Mehmanla telefonla danışıb və Mehman Ombudsman Aparatı nümayəndəsinin cümə günü onun yanına gəldiyini söyləyib.

“Ombudsman Aparatı artıq 15 ildir fəaliyyət göstərir, amma bir dəfə də olsun deməyiblər ki, Azərbaycanda kiməsə işgəncə verilib. İndi də onlara təsdiq mənbəyi kimi baxmaq mənə görə qeyri-peşəkarlıqdır”.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.