192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
''Taleh Bağırzadə özünə xəsarət yetirmək məcburiyyətində qalıb''
2019-01-08 12:39:27

Meydan TV-nin xəbəroinə görə, “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırzadə yanvarın 7-də ailəsilə əlaqə saxlayıb. O, Qobustan həbsxanasında təzyiqlər üzündən özünə xəsarət yetirməyə məcbur olduğunu bildirib. T.Bağırzadə telefon danışığı zamanı deyib:

“Heç kimə sirr deyil ki, Əliyevlər hakimiyyəti Qobustan həbsxanasında bizi ləyaqətsiz şəkildə saxlayır. 3-4 metrlik kamerada üstü açıq ayaqyolu ilə yemək yediyimiz stol arasında məsafə heç bir metr deyil.

Sifarişlə idarə olunan hakimiyyət nümayəndələri yenidən fəallaşaraq, öz yaramaz əməllərindən əl çəkməyərək, bizim konstitusiya ilə təminat verilən hüquqlarımıza açıq-aşkar təcavüz edir. Həftədə iki dəfə ailə üzvlərimlə telefon danışıqlarıma müdaxilə edilir, söz və fikir azadlığım məhdudlaşdırılır. Vəkillərimizə qarşı elə davranırlar ki, heç dustaqları elə yoxlamırlar.

Vəkillərimizi saatlarla qapıda saxladıb, onlarla konfidensial danışıqlarımızı gizli şəkildə dinləyirlər. Bununla bağlı etirazlarımıza məhəl qoyulmur. Vəkillər də yaxşı anlayırlar ki, bu qanunsuzluqlardan şikayət edəcəkləri halda, aqibətləri vəkil Yalçın İmanovun aqibətindən fərqlənməyəcək. Görün, bu gün Azərbaycanda hüquq nə vəziyyətə qalıb ki, məhbus həm özünün, həm də vəkilinin hüquqlarını qorumaq üçün özünə xəsarət yetirmək məcburiyyətində qalır. Hələ mən mənəvi işgəncə olaraq, gecə saatlarında yuxudan oyatmaları, təxribat xarakterli addımları sadalamıram".

Bağırzadənin sözlərinə görə, həbsxananın rəisi Avtandil Hacıyev ona deyib ki, “sənin qanını içərəm”. T.Bağırzadənin yaxınları Meydan TV-yə bildirib ki, onlar ilahiyyatçının həyatına görə çox narahatdılar:

Penitensiar Xidmət T.Bağırzadəyə qarşı təzyiqlər barədə deyilənləri təkzib edib.