192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Avropa Məhkəməsi “Azadlıq” qəzeti ilə bağlı hökumətə suallar göndərib
2019-01-08 13:22:38

Azadliq.info-nun xəbərinə görə, bu barədə Facebook statusunda vəkil Fariz Namazlı yazıb.

1.“Azadlıq” qəzeti və Qənimət Zayidov işi ilə bağlı 2 kommunikasiya başlayıb. Bu iş Tariyel Ağayevin “Azadlıq” qəzetinə qarşı qaldırdığı diffamasya iddiası ilə bağlıdır. Yerli məhkəmələr təkzib verilməsi və ümumilikdə 65000 manat kompensasiya ödənilməsinə dair qərarlar verib. Avropa Məhkəməsi Konvensiyanın 10-cu maddəsi üzrə hökümətə suallar göndərib.

Məhkəmə həmçinin Müdafiə Nazirliyinin şikayəti əsasında qəzetin 10000 manat cərimələnməsi ilə bağlı iş üzrə də kommunikasiya başlayıb.

2.Lapşinin işi. Lapşin iddia edir ki, ona təcridxanada həyatına sui-qəsd olub və səlahiyyətli qurumlar onun həyatını qorumayıblar və şikayətini araşdırmayıblar. O, həmçinin Belarusdan Azərbaycana gətirilərkən və təcridxanada saxlanılarkən qeyri-insani rəftara məruz qaldığını iddia edib. Lapşin 7 ay təcridxanada tək saxlanmağından da şikayət edib. Avropa Məhkəməsi ərizəçinin şikayəti ilə bağlı hüquq müdafiə vasitələrini tükəndirib-tükəndirməməsi, Belarusdan Azərbaycana köçürülərkən qeyri-insani rəftara məruz qalması şikayəti ilə bağlı 6 aylıq müddət tələbinə riayət olunub-olunmaması, Konvensiyanın 2-ci maddəsi üzrə ərizəçinin hüquqlarının pozulub-pozulmaması, xüsusən dövlət qurumlarının ərizəçinin həyatına qəsddə iştirak edib-etməməsi, effektiv araşdırmanın aparılması, təcridxanada ərizəçinin tək saxlanmasının Konvensiyanın 3-cü maddəsini pozması halının olub-olmaması ilə bağlı suallar göndərib.

3.Ramiz Cəfərovun işi. Bu iş ərizəçinin prokurorluqda işləyərkən xidmət illərinin düzgün hesablanmaması və buna görə pensiyanın düzgün təyin edilməməsi ilə bağlıdır. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntusu ilə bağlı suallar göndərib.

4.Əvəz Zeynalov və “Xural” qəzetinin işi. Bu iş ərizəçilərin 2011-ci ildə pivə zavodu tərəfindən diffamasiya ilə məhkəməyə verilməsi ilə bağlıdır. Yerli məhkəmələr qəzetin təkzib verməsi və 7000 manat zərərin ödənilməsinə dair qərar çıxarıb. Avropa Məhkəməsi Konvensiyanın 10-cu maddəsinin pozuntusu ilə bağlı suallar göndərib.

5.Əlövsət Osmanlının işi. Təhsil Problemləri İnstitutunun onu mülki qaydada məhkəməyə verməsi ilə bağlıdır. Konvensiyanın 10-cu maddəsinin pozuntusu ilə bağlı hökümətə suallar göndərilib.