192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ATƏT-in MQ həmsədrləri tərəfindən yanvar ayında ER Xİ naziri Z.Mnatsakanyan və Azərbaycanın Xİ naziri E.Məmmədyarov ilə görüş keçirmək təklifi edilib
2019-01-08 13:26:14

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən yanvarda Ermənistan və Azərbaycanın Xİ nazirlərinin görüşünü keçirmək üçün təklif olunub. Bu haqda Tert.am-a ER Xarici işlər nazirinin mətbuat katibi Anna Nağdalyan bəyan edib. “Görüş barədə razılaşmış qaydada bəyan ediləcək”-deyərək o, qeyd edib.Xatırladaq ki, Ermənistan Xİ nazirinin vəzifəsini icra edən Zohrab Mnatsakanyan və Azərbaycanın Xİ naziri Elmar Məmmədyarovun son görüşü dekabrın 5-də Milanda olub. Mnatsakanyan-Məmmədyarov ikinci görüşü ötən ilin sentyabrın 27-də Nyu-Yorkda keçirilib.

Ermənistanda Xalq hərəkatı nəticəsində baş vermiş hakimiyyət dəyişikliyindən və yeni hökumətin formalaşmasından sonra Mnatsakanyan və Məmmədyarov ilk dəfə olaraq ötən ilin iyulunda Brüsseldə görüşmüşlər.