192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
2018-ci ildə Azərbaycanda bank sektorunun xalis mənfəəti 2 dəfəyə yaxın azalıb
2019-01-08 17:52:00

Azərbaycanın bank sektoru 2018-ci yanvar-noyabr aylarını 306,3 mln. manat xalis mənfəətlə başa vurub.

Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,3% və yaxud 1,9 dəfə azdır.

11 ay ərzində bank sektorunun faiz gəlirləri 1 596,6 mln. manat, faiz xərcləri 536 mln. manat, qeyri-faiz gəlirləri 500,1 mln. manat, qeyri-faiz xərcləri isə 916,7 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 644 mln. manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunun faiz gəlirləri 7,8%, faiz xərcləri 32,7%, qeyri-faiz gəlirləri 42,7% azalıb, qeyri-faiz xərcləri isə əksinə, 4,9% artıb. Bankların xalis əməliyyat mənfəəti isə bir ildə 31,1% azalıb.