192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda 400-ə yaxın şagirdin təhsil aldığı məktəb bərbad vəziyyətdədir
2019-01-08 17:08:32

Azərbaycanın bir çox regionlardakı  məktəblərin təmir-tikinti işi ilə bağlı problem tam həll olunmayıb. Hələ də istifadəyə yararsız halda, uçulub-dağılmış, darısqal, müasir tələblərə cavab verməyən məktəblər qalmaqdadır. Azərbaycanın  Quba rayonunun Digah kənd sakinləri F.Həmzəyev adına məktəbinin, tamamilə, yararsız vəziyyətdə olması barədə Sputnik Azərbaycan-a müraciət ediblər.

Kənd sakini Adil Qurbanov bildirib ki, 400-ə yaxın şagirdin təhsil aldığı məktəb, demək olar ki, ömrünü çoxdan başa vurub: "Məktəbin şüşələri yox kimidir. Pəncərələrin çoxunda şüşə "klyonka" ilə əvəz edilib. Tavan və döşəmələr isə bərbad vəziyyətdədir. Uşaqlar döşəmənin üzərində gəzməyə qorxurlar. Qorxmalarına da əsas var. Artıq bir neçə şagirdin ayağı qırıq döşəmənin arasına düşərək, ya qırılıb, ya da əzilib. Məktəbdə elə yerlər var ki, oradan uşaq stul qarışıq yıxıla bilər. Bu yaxınlarda kənd sakini Elşən Kərimovun övladının ayağı qırıq döşəmələrin arasında qalaraq qırıldı. Belə şəraitdə hansı uğurlu təhsildən danışmaq olar?!".

A.Qurbanovun sözlərinə görə, məktəbdə "bufet"in adı olsa da, fəaliyyəti yoxdur: "Məktəbin problemləri bununla da bitmir. İstilik sisteminin yox səviyyəsində olması şagirdlərin dərslərdən yayınmasına səbəb olur. Siniflərdə odun sobası qurulub. Hər bir uşaq gündəlik iki və ya üç odun gətirib sobada yandıraraq, sinfi və özlərini isidirlər. Hər uşaqdan da 2 manat odun pulu yığılır. Buna baxmayaraq, uşaqlarımız qızına bilmirlər."

Məsələ ilə bağlı Quba Rayon Təhsil Şöbəsinin rəhbəri Rufət Hacıyevin  bildirdi ki, məktəb binasının bərbad vəziyyətdə olması barədə xəbərdardırlar. Lakin nə zaman təmir ediləcəyindən və ya yeni məktəb binasının tikiləcəyi ilə bağlı isə heç bir məlumatları yoxdur .