192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Sumqayıtlı sahibkarlar Bakıda şikayət aksiya keçiriblər
2019-01-08 16:30:28

 

Bu gün, yanvarın 8-də bir qrup sahibkar Bakıda prezident administrasiyasının önünə toplaşıb. Onlar Sumqayıt şəhərindən gəldiklərini söyləyiblər. Sahibkarların demələrinə görə, 2017-ci ildə «Şərq bazarı»nda mağazaları sökülüb. Söhbət ümumilikdə 66 sahibkara məxsus obyektdən gedir. Onlardan Ələkbər Zeynalovbunları deyib: «Sumqayıtda «Şərq bazarı»nda çalışırdıq. 2017-ci ilin may ayında bizə dedilər ki, bura söküləcək, sizə yeni mağaza tikilib veriləcək. İndi bu işdən nə səs var, nə soraq. «Şərq bazarı»nı söküblər, amma bizə yeni mağaza verilməyib. İndi icra hakimiyyətinə gedirik, bizi saya salan yoxdur...».

Sahibkarların vurğulamasına görə, «Şərq bazarı» şəhərin abadlaşdırılması adı altında sökülüb, onlara həmin yerdə yeni mağazalar tikilib təhvil veriləcəyi vəd olunub.

Şikayətçilər deyiblər ki, indiyə qədər müraciət etdikləri ünvan qalmayıb. Onlardan bəziləri iddia ediblər ki, 1997-ci ildən obyektlərini özəlləşdiriblər, çoxunun bunu təsdiq edən sənədləri də var. Sahibkarlardan bir neçəsi qəbula yollanıb. Həmin şəxslərin demələrinə görə, onlara yanvarın 14-də yenidən gəlmələri tövsiyə edilib, onda ətraflı şəkildə dinləniləcəkləri gözlənir.

Bu şikayətə Sumqayıt Şəhər İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.