192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Həlak olan azərbaycanlı dənizçilərin meyitləri tapılıb
2019-01-08 16:47:00

Qara dənizdə Türkiyə sahilləri yaxınlığında yanvarın 7-də batan yük gəmisinin Ukraynanın münaqişə bölgəsindən qeyri-qanuni olaraq kömür daşıdığı bildirilir.

Alınan xəbərlərə əsasən, Panama bayrağı altında üzən gəmi  Krımın limanlarına daxil olub. 

Nazirlik yük gəmisinin qeyri-qanuni olaraq Donetsk və Luqansk vilayətlərindən kömür daşıdığını bildirib.

“Gəmi Rusiyanın Azov limanından Türkiyənin Samsun limanına kömür daşıyırdı. Rusiyanın Rostov vilayəntində olan bu liman işğal olunan Donbasdan Türkiyə və digər ölkələrə qeyri-qanuni olaraq kömür daşınması üçün istifadə edilir”.

Batan gəminin kapitanı və kapitan köməkçisinin azərbaycanlı olduqları bildirilir.

Gəminin ümumilikdə 13 ekipaj üzvü olub. Onlardan 6-ı ölüb, 7 nəfəri isə xilas etmək mümkün olub. Kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlunun meyiti sudan çıxarılıb. Gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.