192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda vərəsələr yenə Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər
2019-01-09 11:50:54

AzadlıqRadiosu-nun xəbərinə görə, Qarabağ döyşlərində həlak olannların yaxınları yanvarın 8-də yenidən Prezident Administrasiyasının qarşısına toplaşıblar. Onlar həmişəki kimi, bu cür hərbçilərin varislərinə verilməli olan 11 min manatlıq birdəfəlik müavinətin ödənilməsini tələb edirlər.

Aksiyaçıların nümayəndələri yenidən Prezident Administrasiyasında qəbulda olublar, onlara yenə də məhkəməyə üz tutmağı məsləhət görüblər.

Aksiyaçıların sözlərinə görə, dəfəlrlə müvafiq qurumlarda onlara deyiblər ki, vaxtilə sığorta kimi ödəniş aldıqlarından, indi bu müavinəti ala bilməzlər.

Amma etirazçılar deyirlər ki, həmin vəsait cüzi olduğundan, yeni müavinət onlara da şamil edilməlidir.

Hərbçi ailələri artıq 2 aydan çoxdur ki, bu tələblə dəfələrlə etiraz aksiyaları keçiriblər.