192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İqtisadçı: Pensiya yaşı 65-ə çatanda Azərbaycan əhalisinin hər 5 nəfərindən 2-si pensiya almadan dünyasını dəyişəcək
2019-01-09 12:38:11

"Novator.az" saytında "Azərbaycanlılar neçə il pensiya ala bilir?" sərlövhəli məqalə oxumaq olar.

Sayt iqtisadçı Qubad İbadoğlunun Azərbaycanın gözlənilən pensiya ödənişi müddəti sarıdan bir sıra ölkələrdən geridə qalması düşüncələrinə yer verib.

Q.İbadoğlu deyir ki, Belarusda orta ömür uzunluğu 74 il, gözlənilən pensiya ödənişi müddəti 14 ildir və bu, MDB məkanında ən yüksək həddir.

Ekspertin deməsinə görə, Rusiya və Ukraynada orta ömür müddəti 71 il, gözlənilən pensiya ödənişi müddəti 11 il, Moldovada orta ömür müddəti 72 il, gözlənilən pensiya ödənişi müddəti isə 10 ildir.

Q.İbadoğlunun təqdim etdiyi statistikaya əsasən, Gürcüstanda orta ömür uzunluğu 75 il, gözlənilən pensiya ödənişi müddəti 10 ildir. Bu müddət Qazaxıstanda 72 il, gözlənilən pensiya ödənişi müddəti 9 il təşkil edir. Qırğızıstanda isə orta ömür müddəti 71 ilə, gözlənilən pensiya ödənişi müddəti 8 ilə bərabərdir. Özbəkistanda orta ömür uzunluğu 68 il, gözlənilən pensiya ödənişi müddəti 8 ildir.

Ekspert bildirir ki, Azərbaycanda orta ömür uzunluğu 71 il, gözlənilən pensiya ödənişi müddəti 7,5 il, Tacikistanda isə orta ömür müddəti 70 il, gözlənilən pensiya ödənişi müddəti isə 7 ildir. Q.İbadiğlu dünyanın inkişaf etmiş ölkələrində bu parametrlərə gəlincə, statistik rəqəmlərə istinadən deyir ki, bu göstərici, yəni, pensiya ödənişi müddəti İsveçrədə 18 ilə, Yaponiyada 17 ilə, Fransada 16 ilə bərabərdir.

Ekspert xatırladır ki, 2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı, həmin vaxtdan bəri yaş həddi artırılır və 2021-ci il iyulun 1-dək kişilərin, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 65-ə çatdırılacaq.

İqtisadçının deməsinə görə, Azərbaycanda vəfat edənlərin 30,72 faizi 60 yaşa çatmamış şəxslərdir: "Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə bu göstərici kişilər arasında 38,27 faiz, qadınlar arasında 22,11 faiz, kənd yerlərində 27,41 faiz, şəhərdə 33,47 faiz olub. Hesablamalara əsasən, pensiya yaşı 65-ə çatanda Azərbaycan əhalisinin hər 5 nəfərindən 2-si pensiya almadan dünyasını dəyişəcək".

Q.İbadoğlu bildirir ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənir: "Ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub.