192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bloger Mehman Hüseynovla bağlı beynəlxalq reaksiyalar
2019-01-09 14:38:14

Fransa XİN bloger Mehman Hüseynovun işini diqqətlə izləyir və onun tezliklə azad olunacağına ümid edir. Bu barədə XİN rəsmi nümayəndəsi Parisdə brifinqdə bildirib.

"Biz bu jurnalistin və hüquq müdafiəçisinin ətrafında yaranmış vəziyyətdən narahatıq. Biz vəziyyəti, xüsusilə onun saxlanma şəraitini diqqətlə izləyirik. Ümid edirik ki, Mehman Hüseynova qarşı yeni cinayət ittihamı onun üzərindən götürüləcək və o, tezliklə azadlığa buraxılacaq", - XİN nümayəndəsi bildirib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach AzadlıqRadiosuna deyib ki, o, prezident İlham Əliyevlə üzbəüz görüşündə də Mehmanla bağlı söhbət etmişdi:

“Mehman işgəncəyə məruz qalıb. Ona qarşı cinayət törədilməsinə cəhd edilib. Ona qarşı işgəncə, 70-80-ci illərdə Cənubi Amerikada hərbi rejimlərdəki işgəncəyə bənzəyir. Mən prezident İlham Əliyevə, daxili işlər nazirinə və ədliyyə nazirinə dedim ki, Mehman Hüseynov Avropa Şurası həmməruzəçilərinin mühafizəsi altındadır. Amma bunu onlara deyən kimi Mehmana qarşı defamasiya ittihamı ilə cinayət işi açdılar. Bu, qəbuledilməzdir. Ölkəni tənqid etmək tənqiddir, defamasiya deyil”.

Stefan Schennach deyir ki, iqtisadi çətinliklərə görə, Əliyev rejimi öz simasını itirib və normal dövlətlərdə demokratiya adlanan hər şeyə qarşı daha ciddi, daha kəskin vuruşur. Həmməruzəçi bildirir ki, indiki halda həm onlar, həm də digər ictimaiyyət nümayəndələri durumu dəyişmək üçün durmadan öz etirazını bildirməlidir.

“Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirir ki, Mehman Hüseynov başqalarının mülklərini çəkərək onların mülkiyyət hüququnu pozub. Bu Hüseynovun göstərdiyi korrupsiya faktarının bunları narahat etdiyini nümayiş etdirən bir yanaşamdır.”

Bu barədə media hüququ üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində bildirib. Onun fikrincə, ictimai fikrə görə Mehman Hüseynovun həbsi daha çox onun korrupsiya faktlarını göstərməsinin qarşısını almaq cəhdidir.

“Bu həm də Hüseynovun ifadə azadlığı məhbusu olduğunu nümayiş etdirir.”

Ekspert hesab edir ki, blogeri müdafiə edənlərin deputat tərəfindən “antimilli qüvvələr”, “ermənipərəst” adlandırılması “saqqız kimi çeynənmiş əsası olmayan qeyri-ciddi yanaşma”dır.

Məmmədlinin sözlərinə görə, son səkkiz gündə blogerin müdafiəsi ilə bağlı aksiya keçirən 15 şəxsə qarşı məhkəmə qərarı olub.

“Hakimlər heç də aksiyanın mahiyyətinə uyğun adekvat olmayan cəza verərək, dinc, sərbəst toplaşmaq hüququndan istifadə edən şəxsləri cəmiyyət üçün təhlükəli cinayətkar hesab edib, həbsə göndərib. Bu Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasına və onun tətbiqinə məhkəmə nəzarəti həyata keçirən Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsinə daban-dabana ziddir.”

Ekspert hesab edir ki, məhkəmələrdə hüquqları pozulan şəxslər Avropa Məhkəməsinə müraciət edəcək və Azərbaycan həmin şikayətlər üzrə konpensasiyalar ödəməli olacaq.