192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanlılar yeni doğulan uşaqlara ən çox dini adılar qoyulub
2019-01-09 15:17:55

Ötən il Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.

Azərbaycanın  Ədliyyə Nazirliyinin saytının bildirdiyinə görə, 2018-ci ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad il ərzində 2505 uşağa verilib. Statistikaya əsasən, oğlan adlarında sonrakı yerləri Əli (2129), Hüseyn (1929), Uğur (1597), Ömər (1569), Məhəmməd (1381), Murad (1337), Ayxan (1086), Tunar (965), İbrahim (802) tutur.

Ötən il qız uşaqlarına ən çox Zəhra adı verilib (2515). Qız uşaqlarına ən çox qoyulan digər adlar Nuray (1700), Aylin (1610), Zeynəb (1604), Məryəm (1595), Fatimə (1408), Mələk (1347), İnci (1227), Dəniz (1094), Mədinədir (1011).

Son beş il ərzində də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif və Zəhra adları verilib. Beş il ərzində 12 min 394 uşağa Yusif, 11 min 810 qız uşağına isə Zəhra adı qoyulub.