192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan yenə avtoritar ölkə sayıldı
2019-01-09 16:30:57

Ötən il son üç ildə ilk dəfə olaraq dünyanın demokratiya İndeksi pisləşməyib. Amma qlobal miqyasda heç irəliləyiş də qeydə alınmayıb.

‘Economist Intelligence Unit’ (EIU) bildirir ki, bütün dünyada hökumətlərin işindən məyusluq açıq-aşkar görünüb və bu da özünü siyasi qurumlara inamın, sonucda demokratiyanın özünə inamın sarsılmasında göstərir.

Tam demokratik ölkələr siyahısında ilk onluqda Norveç, İslandiya, İsveç, yeni Zelandiya, Danimarka, Kanada, İrlandiya, Finlandiya, Avstraliya və İsveçrə yer alıb.

Azərbaycan 149-cu pillədə qərarlaşıb, “avtroritar” ölkə sayılıb. Onunla bu sırada Belarus, Əfqanıstan, Qazaxıstan, Rusiya, İran, Özbəkistan, Tacikistan və Türkmənistan yer alıb.Azərbaycan hakimiyyəti ölkənin avtoritar üsullarla idarə olunmasına dair beynəlxalq qurumların tənqidlərini qəbul etmir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.