192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Əkrəm Əylislinin Azərbaycanda qadağa edilən kitabı ABŞ-da təqdim edilib
2019-01-09 17:55:00

Azərbaycanlı yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanının ilgilis dilində ilk nəşri yanvarın 8-da Vaşinqtonda təqdim edilib.

"Meydan Tv"nin məlumatına görə, kitab ingilis dilinə tərcüməçi Ketrin Yang tərəfindən tərcümə edilib.

“Kitab Amerika auditoriyasını vicdanın səsi ilə tanış edir və Azərbaycanın son otuz ildə müstəqilliyinin formalaşması zamanı qarşılaşdığı problemlər haqqında məlumatı artırır”, deyə Yang mərasimdə bildirib.

O qeyd edib ki, Əylislinin kitabları yandırılıb, özü isə milli ədəbiyyat mükafatlarından məhrum edilib.

“Amma 81 yaşlı yazıçı “Daş yuxular” romanını yazdığına görə təəssüf etmir. Yazıçının işi ürəyindəkiləri yazmaqdır... Milli siyasətin və ya dəbin nə diktə etdiyi vacib deyil”, deyə Yang bildirib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç (1994-1997) Azərbaycanda bu gün mövcud olan fikri ifadə azadlığı ilə bağlı problemlərə diqqət çəkib, bloger və fəal Mehman Hüseynovun, jurnalist Mustafa Hacıbəylinin və bir çox digər şəxslərin təqibini nümunə göstərib.

“Ədəbiyyat və KİV nümayəndəsi olan bu insanlar yüzlərlə digər siyasi məhbuslar arasındadırlar və onlar hamısı xüsusi diqqətə layiqdir”, deyə o bildirib.