192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bəzi ictimai qurumlar inanclı məhbuslara azadlıq tələb edir
2019-01-09 15:55:53

2018-ci ildə məhkəmələr tərəfindən inanclı insanlara təxmini olaraq 600 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilməsi sağlam məntiqə sığmayan acı bir faktdır və bu, vəziyyətin kritik həddə çatmasından xəbər verir". Bu barədə Siyasi Məhbuslara Azadlıq İttifaqı, Azərbaycan Ziyalılar Birliyi və "İSLAMÇI məhbusları Müdafiə Komitəsi"nin yanvarın 8-də yaydığı birgə bəyanatda deyilir.

Bəyanata görə, hətta 10-20 arasında il cəza almış dindar vətəndaşlar həbsxanalarda da rahat buraxılmırlar, qisasçılıq və çeşidli şiddətlə üzləşirlər.

Bəyanat müəllifləri cəzasını qapalı tipli həbsanada çəkən siyasi məhbus Hacı Taleh Bağırzadənin zaman-zaman anlaşılmaz təxribatlara çəkildiyini, uydurma bəhanələrlə fiziki və mənəvi işgəncələrə məruz qaldığını iddia edirlər.

Sənəddə deyilir ki, Əbülfəz Bünyadov polis maşınında güllələnərək, iflic vəziyyətinə salınıb, həbsxana kamerasında ölümlə üzbəüz qoyulub.

Müəlliflər 12 il həbs cəzasına məhkum olunmuş Azərbaycan İslam Partiyasının sədri, siyasi məhbus hacı Mövsüm Səmədovun cəzaçəkmə şəraitinin ağırlaşdırıldığını, elementar hüquqları ilə əlaqədar bütün haqlı tələb və şikayətlərinin qulaqardına vurulduğunu bildirirlər.

Birgə bəyanatda vurğulanır ki, 160 nəfərlik syasi məhbus siyahısındakı dustaqların 77 nəfəri islami kəsimin nümayəndələridir.

"Bəzi inanc sahiblərinin daima təhdid altında saxlanmasının, onlara əsassız təzyiq və tənələr edilməsinin, bəzənsə hətta, sorğu-sualsız fiziki surətdə məhv edilməsinin şahidiyik. Təbii ki, belə qeyri-sağlam münasibətlər sistemi ictimai fikirdə, istər-istəməz etiraz, qəzəb və nifrət hissi doğurur", bəyanatda belə deyilir.

Bəyanat müəllifləri bütün bu ədalətsizliyə, haqsızlıq və qanunsuzluğa etirazlarını bildirir, hakimiyyəti bu sayaq qeyri-insani davranışa son qoymağa səsləyir və bütün siyasi və vicdan məhbuslarına azadlıq tələb edirlər.

Xatırladaq ki, bəzi yerli hüquq-müdafiə qurumları Azərbaycanda 150 nəfərdən çox siyasi məhbus olduğunu iddia edir, rəsmi Bakı isə ölkədə siyasi mıəhbus olmadığını, həbs edilənlərin konkret cinayət əməlinə görə həbs edildiklərini bildirir.