192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan hakimiyyəti sosial şəbəkələrdə vətəndaş cəmiyyətinə uduzur
2019-01-10 11:22:58

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı rəsmi Bakını bloger Mehman Hüseynovu" dərhal və şərtsiz" azad etməyə çağırıb. Təşkilatın bəyanatında qeyd olunur ki, o, yeni cinayət işi üzrə daha 7 il həbs cəzasına məhkum edilə bilər. Amnesty İnternational M.Hüseynovun aclıq etməsilə əlaqədar səhhətinin ciddi təhlükə altında olmasından narahatlığını bildirib. 

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məktubunda həbsxanadakı bloger Mehman Hüseynovun vəziyyətindən və sağlamlıq durumundan ciddi narahatlıq ifadə edib. Yanvarın 9-da açıqlanmış məktubunda Harlem Dezir Azərbaycan hakimiyyətini Mehman Hüseynova qarşı irəli sürülmüş yeni ittihamlara xitam verilməsinə çağırır:

“Dərin narahatlıq yaradan budur ki, bu insident indi, Mehman Hüseynovun 2019-cu ilin martında həbsxanadan azad edilməsinə az qalmış baş verib və ona qarşı yeni ittihamlar əlavə olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Mən hakimiyyəti Hüseynova qarşı yeni cinayət ittihamlarını ləğv etməyə və onun özünü həbsxanadan mümkün qədər tez azad etməyə çağırıram”.

Aclıq aksiyasının onun səhhətinə ciddi ziyan vurduğu xəbər verilir. ATƏT nümayəndəsi Azərbaycan hakimiyyətini habelə Hüseynovun sağlamlıq problemləri barədə xəbərləri araşdırmağa və Hüseynova peşakar tibbi xidmət göstərilməsinə çağırıb.

"Azad Həsənov məhkəmədə Mehman Hüseynova dəstək və özünün yaxın qohumları ilə görüşməsinə, telefon əlaqəsinə imkan verilməməsi ilə bağlı aclıq aksiyasına başladığını elan edib". Məlumatı Azad Həsənovun vəkili Osman Kazımov yayıb. 

"Azərbaycanda ifadə azadlığı üçün yeganə platforma sosial şəbəkələrdir". Bu barədə ictimai fəal Bəxtiyar "Amerikanın səsi" radiosunun Azərbaycan xidmətinə müsahibəsində deyib. Onun sözlərinə görə, bloger Mehman Hüseynova qarşı yeni cinayət işi sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Çünki həbsxanada olan blogerə qarşı yeni ittiham həqiqət deyil və bu, istifadəçiləri səfərbər etdi.

M.Hüseynovun işinə diqqətin artmasının bir səbəbi də cəmiyyətdə olan gərginliyin dərəcəsidir. Çünki bir gənc özünün şərlənməsinə etiraz olaraq həyatını riskə atıb aclıq aksiyası keçirir. Bütün bunlar müxalifəti və vətəndaş cəmiyyətini fəallaşdırıb. Eyni zamanda hökumət artıq müəyyən cavablar verməyə məcbur olub.

Sosial şəbəkələr hakimiyyətin nəzarətində olmayan yeganə sahədir və hökumət ictimai rəyin dəyişdirməyə səy göstərir. Lakin bu, çox qeyri-peşəkarcasına edilir.

Sosial şəbəkələr müxalifətin, alternativ fikir daşıyıcılarının hökumətin üzərində üstünlük təşkil etdiyi platformaya çevrilib. Bu, onu göstərir ki, hökumət sosial şəbəkələrdə birmənalı şəkildə vətəndaşlara, vətəndaş cəmiyyətinə uduzur, B.Hacıyev bildirib.