192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bu peşə yalnız Azərbaycanda var: Çöpçü, yoxsa fırıldaqçı?
2019-01-10 14:57:42

Azərbaycanda həkimlər arasında da “çöpçü”lərin fəaliyyətinə inanan, pasiyentləri onlara müraciət etməyə yönləndirənlər var. Oxu.az xarici mütəxəssislərin bu məsələ ilə bağlı fikirlərini öyrəndi. Nəticə etibarilə, görünən odur ki, “çöpçü” deyilən peşənin sahibləri yalnız Azərbaycanda tanınır.

Türkiyədə çalışan uzman həkimlərin Oxu.Az-a verdiyi açıqlamalara görə, bu proseslərin tətbiqi uşaqların sağlamlıqlarını ciddi təhlükə altında qoyur:

“Bu barədə ilk dəfə azərbaycanlı həmkarlarımdan eşitmiş, mediadan oxumuşdum. Son vaxtlar yayılan videoları da izlədim. Sadəcə, dəhşətə gəlirəm. Türkiyədə qəti şəkildə belə bir müalicə üsulu yoxdur. Tibbi cəhətdən həmin şəxslərin tətbiq etdikləri prosedurların heç bir izahı yoxdur. Valideynlər bu prosedurlara necə icazə verir, mən başa düşə bilmirəm".

Ukraynada çalışan həkim otoloqinqoloq Yelena Pedoriçin sözlərinə görə, Ukraynada uşaqlar həkim tərəfindən təyin edilən vaxtlarda müayinəyə gətirilirlər:

Peşəkar həkim – otolorinqoloq Əfqan Ağagülov da “çöpçü” məsələsinin, ümumiyyətlə, əsassız olduğunu deyir. Onun sözlərinə görə, armudvari ciblərdə qida qalığının qalması mümkündür, lakin onun üfürülərək çıxarılması əsassız iddiadır:

“Anatomik olaraq 6-7 yaşa qədər bütün uşaqlarda udlaq quruluşu böyüklərdən fərqli olur. Fərq uşaqlarda udlağın nisbətən yuxarı olmasıdır. Bu, inkişafa bağlı prosesdir. Amma bu, o demək deyil ki, “çöpçü” deyilən şəxslərə və onların xidmətinə ehtiyac var.

Nisbətən zəif uşaqlarda həmin bu armudabənzər ciblər dərin olduğu üçün qida qalıqlarının orada qalma ehtimalı çox olur. Amma bunun üçün “çöpçü”yə getmək yox, sadəcə, normal sulu qida qəbul etmək lazımdır. Sulu qida qəbul edən zaman həmin o armudabənzər ciblər yuyulur və qalan qidalar təmizlənərək mədəyə ötürülür”.