192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Məhkəmə Məmməd İbrahimi 5 ay 22 gün azadlıqdan məhrum edib
2019-01-10 15:39:36

Suraxanı Rayon Məhkəməsi AXCP sədrinin müşaviri Məmməd İbrahimə qarşı yeni cinayət işi üzrə onun barəsinə hökm çıxarıb.

Məhkəmə onu CM-in 317.2-ci maddəsi (həbsxanada qadağan olunmuş əşyaların saxlanması) ilə təqsirli bilərək 5 ay 22 gün azadlıqdan məhrum edib.

Bundan öncə prokuror onun həmin maddə üzrə maksimum müddətə - 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

M.İbrahim ittihamı rədd edərək işi siyasi sifariş adlandırıb. Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.

M.İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub və xuliqanlıq ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Həbs müddətinin başa çatmasına bir gün qalmış ona qarşı qanunsuz bıçaq saxlamaq ittihamı irəli sürülüb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi M.İbrahimi 2 ay müddətinə həbs edib.

Məmməd İbrahim hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.