192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Əkrəm Əylisli ABŞ-da kitabının təqdimatı barədə
2019-01-10 15:41:50

Azərbaycan hüquq-mühafizə orqanlarının məhdudiyyəti səbəbindən yazıçı Əkrəm Əylisli yanvarın 8-də Vaşinqtonda kitabının təqdimat mərasimində iştirak edə bilməyib.

Yazıçı Turan-ın müxbirilə söhbətində bildirib ki, ABŞ-da onun kitabı "Əlvida, Əylis" adı ilə ingilis dilində nəşr edilib. Kitaba "Yəmən", "Daş yuxular", "Möhtəşəm tıxac" və "Əlvida, Əylis" romanları daxildir.

Yazıçı açıqlama verib ki, "Əlvida Əylis" qeyri-ənənəvi romandır, Azərbaycan və rus dillərində nəşr olunmayıb, ilk dəfə ingilis dilində işıq üzü görüb.

Roman lirik tonda yazılıb və "Daş yuxular"ın nəşrindən sonra təqiblərə məruz qalan müəllifin mənəvi yaşantılarını əks etdirir. Bu yaşantılar "Daş yuxular"ın qəhrəmanının hissləri ilə oxşardır.

Yazıçı altı ildir ki, dəvət aldığı beynəlxalq ədəbi tədbirlərə gedə bilmir. O, müalicə üçün də ölkədən çıxmaq imkanlarından məhrumdur.

Yazıçı yaradıcılıq işini davam etdirməsilə bağlı sualın cavabında deyib: "Səhhətimlə bağlı ciddi problemlər var, altı ildir ki, məni yaradıcılıqla məşğul olmağım xilas edir".

Yaşlı yazıçının guya Bakı aeroportunda Sərhəd Xidmətinin əməkdaşını döyməsilə bağlı ona qarşı açılmış cinayət işi hələ bağlanmayıb.

"Görünür, bu işi ona görə açıblar ki, mən İtaliyaya ədəbi tədbirə gedə bilməyim. 2,5 il keçib, ancaq iş hələ də bağlanmayıb", - Ə.Əylisli bildirib.

Bu günlərdə o, İsveçrəyə ədəbi tədbirə getmək imkanlarından da məhrum edilib.