192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan ordusu daha bir əsgərini itirdi
2019-01-11 12:22:01

Beyləqan rayonunun, Aşıqalılar kəndinin sakini Azər Aftandil oğlu Babayev hərbi xidmət zamanı həlak olub.

Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər. Onlar hadisənin hansı şəraitdə baş verməsini bilməsələr də, əsgərin kənddə dəfn edildiyini söyləyiblər.

Meydan TV xəbərin doğruluğunu yoxlamaq üçün Beyləqan rayonu, Aşıqalılar kənd icra nümayəndəsi Amil Məmmədovla əlaqə saxlayıb. A. Məmmədov əsgərin həlak olması xəbərini təsdiqləyib, onu rayon ictimaiyyətinin birgə dəfn etdiyini söyləyib:

"Biz onu dəfn etmişik artıq. Bəli, dünyasını dəyişib, gətiriblər, dəfn etmişik. Amma dəqiqliyi ilə bilmirəm, bu, hansı şəraitdə olub, necə baş verib. Tək onu bilirəm ki, hərbçi olub və hərbi xidmətdə olduğu vaxt ölüb. Hərbçilər təcili tibbi yardım avtomobili ilə gətirdilər. Rayon ictimaiyyəti toplanıb, dəfn etdik".

Müdafiə Nazirliyi faktla bağlı hər hansı məlumat yaymayıb.