192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Maria Zaxarova RF vətəndaşlarını Azərbaycandan deportasiya etmək kimi halları kobud pozuntu olaraq səciyyələndirib
2019-01-11 16:00:08

Rusiya Federasiyasının Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova, Bakı hava limanından soyca erməni olan Rusiya vətəndaşlarının deportasiyası hallarını kobud pozuntu olaraq səciyyələndirib. Jurnalistlərlə brifinqdə Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi deyib ki, Rusiya vətəndaşlarının etnik səbəblərdən Azərbaycandan deportasiyası insan hüquqların ciddi pozulması deməkdir. “Mən bununla bağlı bir çox mesajlar  oxumuşam, o cümlədən sosial şəbəkələrdə bunların şahidi oldum. Bayram günlərində oxşar hadisələr həmçinin qeyd edildi, əvvəllər də belə hadisələri qeyd etmişik. Biz bu məsələni mütəmadi şəkildə Azərbaycan rəhbərliyi qarşısında qoymuşuq və belə halların təəssüf ki, bir ənənəyə çevrilməsi, səhv və pis bir ənənə halına gəldiyini bildiririk”-deyə Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl sosial şəbəkələrdə bir çox materiallar dərc olunub, lakin bu, rus vətəndaşlarının etnik ayrı-seçkiliyinin ilk halları deyil. Zaxarova qeyd edib ki, keçən il Azərbaycana etnik səbəblərdən ziyarət etməkdən imtina edən ən azı 16 hadisə qeydə alınıb. Eyni zamanda, Rusiya vətəndaşları hava limanında bir neçə saat saxlanılaraq, sonra zorla deportasiya edilmiş və bununla bağlı heç bir rəsmi açıqlanma verilməmişdir. Mariya Zaxarovanın sözlərinə görə, bu faktlar Rusiya vətəndaşı hüquqlarının ciddi pozulması hesab olunur. Onun sözlərinə görə, onlar bir sıra Rusiya-Azərbaycan müqavilələri və sazişlərinin ruhuna zidddirlər. “Rusiya Xarici işlər nazirliyi Azərbaycan tərəfini vəziyyətin yolverilməzliyinə bir daha dəvət etdi. Biz bu üsulun dayandırmağınızı tələb etdik. Bu, iki ölkə arasındakı dostluq münasibətləri ilə üst-üstə qətiyyən düşmür” –deyərək Mariya Zaxarova bildirib. O, həmçinin bildirib ki, Azərbaycan tərəfinin vəziyyətin düzəldiləcəyinə əmindir.