192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Konqresmen Smit: Prezident Əliyevi Mehman Hüseynovu dərhal və şərtsiz azad etməyə çağırıram
2019-01-12 13:37:45
ABŞ-ın Helsinki Komissiyasının həmsədri, konqresmen Kris Smit Azərbaycanda bloger Mehman Hüseynova qarşı yeni ittihamların qaldırılması ilə bağlı bəyanatlaçıxış edib. O, Azərbaycan prezidenti İlham Əliyevi Mehman Hüseynovu dərhal və şərtsiz azad etməyə çağıraraq, blogerə qarşı yeni ittihamların irəli sürülməsini “rejimin söz azadlığına qarşı qəddar kampaniyasında sonuncu utandırıcı epizod” adlandırıb. Bəyanatda deyilir:
 
“Mən təcili olaraq prezident Əliyevi Mehman Hüseynovu dərhal və şərtsiz azad etməyə çağırıram. Mehman Əliyev rejiminin korrupsiyasının ifşa edilməsi ilə bağlı işinə görə iki il həbsdə qalıb. Hökumət iki həftə bundan öncə onun dəmir barmaqlıqlar arxasında müddətini uzatmaq üçün ona qarşı yeni ittihamlar qaldırmaqla bu ədalətsizliyi daha da ağırlaşırıb. Prezident Əliyev rejimin söz azadlığına qarşı qəddar kampaniyasında bu sonuncu utandırıcı epizoduna son qoymaq üçün hərəkət etməlidir."
 
İqtidar mediası blogerə məxsus olduğu deyilən müraciət yayıb. Vəkil Şəhla Hümbətova bloger Mehman Hüseynovun adından yayılan müraciətin məzmunundan təəccübləndiyini bildirib.
 
"Yanvarın 10-da 1 saylı Bakı Təcridxanasında Mehmanla görüşdüm. Amma bu gün "Report" agentliyinin dərc etdiyi müraciəti müzakirə etmədik", - Şəhla Hümbətova Turan agentliyinə bildirib.
 
Onun sözlərinə görə, ötən gün M.Hüseynov bu gün yayılan mətnin məzmununa əks fikirlər söyləyib: "O dedi ki, qida qəbul etməyəcək, ancaq süd, meyvə şirələri içəcək. Həm də bunu martın 2-nə kimi, yəni, həbs müddəti başa çatana kimi davam edəcək".
 
Vəkil deyib ki, bu görüşdən sonra onun yanına kimsə getməyib. "Buna görə də mənim üçün də maraqlıdır ki, bu məktubu M.Hüseynov kiminlə göndərib", - vəkil deyib.