192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanlı siyasi mühacirlər və siyasi məhbuslar aclıq aksiyasına başlayır
2019-01-14 11:16:26

Hazırda həbsdə olan, beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı aclıq aksiyasına başladıqlarını bəyan ediblər. Məhbusların ictimaiyyətə ünvanladığı birgə müraciətdə deyilir ki, bloger Mehman Hüseynovun başına gətirilənlərdən sonra repressiyalara qarşı birgə müqavimət göstərməyi düşünüblər.

Müraciətdə digər məhbuslara istinadən deyilir ki, Mehman Hüseynovun başına gətirilənlərlə bağlı bu gün birlik göstərilməsə, sabah eyni aqibət hamını gözləyəcək.

“Qurbanlıq qoyun kimi oturub kəsiləcəyimiz günü gözləsək, sabah başımızın altından narkotik, tank və s. tapacaqlar və ya kimisə “döyəcəyik”.

Əgər siz indiki məqamda susqunluğun müdrik, ehtiyatlı addım olduğunu düşünürsünüzsə, Qərbdən gələn reaksiyaların nəticələrini gözləyirsinizsə, onda arxayın fırladın. Biz bu filmə dəfələrlə baxmışıq və bu növbətçi reaksiyaların nə ilə nəticələnəcəyini, necə sonlanacağını yaxşı bilirik. Tüstü-duman dağılandan sonra Qərbdən kimlərsə gələcək, bir qismi dizləri üstə çökdürülmüş və xüsusi xidmət orqanlarının kuklalarına çevrilmiş bir neçə siyasi məhbusun azadlığı müqabilində sövdələşmə əldə olunacaq, sonra da çıxıb bu böyük humanizmi, belə möhtəşəm islahatı gurultuyla alqışlayacaqlar. Neft, avro, dollarlarından çamodanlarına doldurub qayıdacaqlar və naz-qəmzə ilə hakimiyyətə göz vurub yeni repressiyalar üçün yaşıl işıq yandıracaqlar”, - müraciətdə vurğulanır.

Daha sonra yazılıb ki, Qərb təşkilatlarının Azərbaycanda satışa çıxartmadığı bircə dəyər, bircə prinsip də qalmayıb:

“… gurultulu insan haqları şüarları ilə başlayan Qərbin bütün kampaniyaları həmişə rüsvayçı, bizi qaranlığa bir az da yaxınlaşdıran sonluqla bitib".

Siyasi məhbus kimi tanınan Qiyas İbrahimovun da aksiyaya qoşulacağı bildirilir. Bu barədə məhbusun anası Şura Əmiraslanova öz “Facebook” səhifəsində məlumat paylaşıb.

Yanvarın 13-də 2 saylı Cəzaçəkmə Müəssisəsində oğlu ilə görüşdüyünü yazan Şura Əmiraslanovanın sözlərinə görə, Qiyas İbrahimov Mehman Hüseynovun vəziyyətindən narahatdır və bu zülm və haqsızlığa baş əyməmək ucun etiraz forması olan aclıq aksiyasının çıxış yolu olduğunu düşünür.

Almaniyanın paytaxtı Berlində, Bundestaqın qarşısında aksiya edən Müsavat AKM-nin 5 üzvü yanvarın 18-nə qədər aclıq aksiyası keçirəcəkləri haqda açıqlama yayıblar. Aksiya yanvarın 11-dən başlayıb və onlar gecəni də Bundestaqın qarşısında qalacaqlar.

Yanvarın 11-də Almaniyanın Nürnberq şəhərində Müsavat Partiyası AKM-nin Bavariya təşkilatı aksiya keçirib. Mühacirlər beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin azad olunmasını tələb ediblər, o cümlədən, aclıq aksiyası keçirən bloger Mehman Hüseynova və həbsdə olan müsavatçı Azad Həsənova dəstək nümayiş etdiriblər.

Yanvarın 10-dan Berlin şəhərindəki Azərbaycan Səfirliyi önündə aksiya keçirilir. Aksiya azərbaycanlı bloger Mehman Hüseynova dəstək məqsədilə təşkil edilib. Mehmana azadlıq tələb edənlər Berlində yaşayan azərbaycanlı fəallar və mühacirlərdir.