192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanlının özünü polis bölməsinin qarşısında yandırdığı deyilir
2019-01-14 12:03:54

Yanvarın 13-də Sulutəpə qəsəbəsində məskunlaşan məcburi köçkün Tərlan Arif oğlu İslamov 40-cı polis pölməsinin qarşısında özünü yandırıb.

Hadisə barədə Meydan TV-yə danışan Arif İslamov deyib ki, oğlu 40-cı polis bölməsinin müstəntiqi ilə mübahisə etdikdən sonra özünə qəsd edib: Atasının sözlərinə görə, Tərlan İslamov hazırda 5 saylı Şəhər Xəstəxanasının yanıq şöbəsində, reanimasiyadadır. 

40-cı polis bölməsindən məsələyə münasibət bildirilməyib, sualı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə yönləndiriblər. DİN-dən münasibət öyrənmək mümkün olmayıb.

5 saylı Şəhər Xəstəxanasından telefonlara cavab verilməyib.

Belə bir hadisə də Şəkidə baş verdi. Kişi özünü yandıraraq intihar edib.

Şəki rayon Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.

1956-cı il təvəllüdlü Qorxmaz Zəkəriyyə oğlu Nəsrullayev üzərinə neft məhlulu tökərək yandırıb. Aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.