192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İnsan Hüquqları Evləri şəbəkəsi beynəlxalq birliyi Mehman Hüseynovun müdafiəsinə çağırıb
2019-01-14 13:52:20

13 İnsan Hüquqları Evinin şəbəkəsi 37 üzvü və tərəfdaş QHT birgə müraciət yayaraq beynəlxalq birliyi həbsdə olan azərbaycanlı fotojurnalist, videobloger və hüquq müdafiəçisi Mehman Hüseynovun həyat və sağlamlığının, hüquqlarının təminatı üçün təcili tədbirlər görməyə çağırıb.

"Biz, 13 İnsan Hüquqları Evini təmsil edən 39 hüquq müdafiəçisi beynəlxaq birliyi həbsdə olan azərbaycanlı fotojurnalist, videobloger və hüquq müdafiəçisi Mehman Hüseynovun həyat və sağlamlığının, hüquqlarının təminatı üçün təcili tədbirlər görməyə çağırırıq. Biz onun kritik durumundan və həbsdə olmasından, həmçinin ona qarşı psixoloji təzyiqlərdən və yeni cinayət ittihamından çox narahatıq. Biz beynəlxalq birliyi Azərbaycan hakimiyyəti ilə ünsiyyət zamanı bu işi prioritet etməyə və Mehman Hüseynovu açıq şəkildə dəstəkləməyə çağırırıq", - müraciətdə deyilir.

Müraciət müəllifləri beynəlxalq birlik üzvlərini dekabrın 26-dan aclıq elan edən Mehman Hüseynova baş çəkməyə, onun səhhəti barədə birbaşa məlumat verməyə, Azərbaycan hakimiyyətini isə belə səfər imkanlarını təmin etməyə çağırırlar.

Müraciətdə qeyd olunur ki, Mehman Hüseynova qarşı həyata keçirilən tədbirlər siyasi motivli kimi görünür və onun insan hüquqları barədə maarifləndirmənin artırılması, korrupsiya problemləri ilə bağlı qanuni işi ilə əlaqədardır. Bu hərəkətlər onun indiki ağır vəziyyətinə səbəb olub. Görünür, ədalət mühakiməsinə əli çatmayan Mehman Hüseynov azadlığının özbaşına məhdudlaşdırılmasının qarşısını almaq üçün 2018-ci il dekabrın 26-da aclıq etməkdən başqa çıxış yolu görməyib.

Yanvarın 12-də bloger Mehman Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasından evə telefon edib. Bu barədə Turan-a onun qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, bloger bəzi mesajlar verib: o təzyiq altında olduğuna və telefonla sərbəst danışa bilmədiyinə işarə edib. Son günlər ziyarətçilərlə, o cümlədən Aİ nümayəndələri ilə görüşlərin konfidensial olduğunu deyib. Bloger üstüörtülü şəkildə bildirib ki, aclığı davam etdirir və səhhətilə bağlı problem qalır. O, gələn həftə vəkillərinin gəlməsini xahiş edib.

Onun sözlərinə görə, M.Hüseynov görüşdüyü hər kəsə bloger fəaliyyətinə və araşdırmalarına görə həbs olunduğunu söyləyib. İki ildir ki, o, həbsdədir və heç bir araşdırma aparılmır.

"Odur ki, Mehman deyib ki, yeni cinayət işi qardaşı Eminin, yəni mənim fəaliyyətimə görə qisas sayılır. Ancaq o, ziyarətçilərə deyib ki, mənə və digər ailə üzvlərinə görə məsuliyyət daşımır. Mehman bizimlə söhbət zamanı qeyd etdi ki, məhdudiyyətlər səbəbindən çox şey danışa bilmir. Ancaq bəzi mesajları ötürə bildi. Qeyd etdi ki, onun adından yayılan məlumatlardan xəbəri yoxdur. Dedi ki, hazırda onu saxlama şəraiti narahat etmir, əsas məqsədi yeni əsassız ittihamın üzərindən götürülməsidir.

Onun fikrincə, hakimiyyət M.Hüseynovun aclıq etməməsi barədə ictimai rəy formalaşdırmağa çalışır. Aİ missiyası nümayəndələrinin və Aİ ölkələri səfirlərinin M.Hüseynova baş çəkməsinə gəlincə, E.Hüseynov təəssüflə qeyd edib ki, hakimiyyət bundan öz məqsədləri üçün istifadə etdi.

Ümumiyyətlə, Aİ ölkələrindən ancaq Fransa Mehmana qarşı yeni işlə bağlı prinsipial mövqe nümayiş etdirib və onun azadlığa buraxılmasına çağırıb. Aİ xarici əlaqələr üzrə ali nümayəndəsi Federika Mogerini beynəlxalq hüquq-müdafiə təşkilatlarının Mehmanla bağlı aktiv kampaniyası, Avropa Şurası insan hüquqları üzrə komissarın, ATƏT-in media azadlığı üzrə nümayəndəsinin bəyanatları fonunda susmağa üstünlük verir.