“Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə Müsavat Partiyasının mənzil-qərargahında keçirilən aclıq aksiyası artıq 13-cü gündür davam etdirilir.
Yanvarın 4-dən aclıq aksiyasına qoşulan Tofiq Yaqublu Amerikanın Səsinə bildirib ki, hazırda aksiyanı 4 nəfər davam etdirir.
Bunlar Sənubər Heydərova (yanvarın 11-dən aclıq edir), Natiq İsrafilov (yanvarın 9-dan aclıq edir), Şamil Nəsirli və Tofiq Yaqubludur.
Yaqublu həbsdə olan siyasi məhbusların aclıq aksiyasının geniş vüsət aldığını deyib.
“Mən siyasi məhbusların aclıq aksiyasını dəstəkləyirəm. Həbsdə olanların aclıq etməsi bizə nisbətən çox çətindir. Onlar qanunsuz olaraq həbs olunublar. Siyasi məhbusların tələbi haqlıdır və yerinə yetirilməlidir. Bütün siyasi məhbuslar həbsdən azad edilməlidir,” Yaqublu qeyd edib.
Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordunatoru Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, hazırda həbsdə olan 9 siyasi məhbus aclıq aksiyasına qoşulub.