192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Masis Mailyan: “2019-cu ildə biz ardıcıl olaraq Artsaxın beynəlxalqcasına tanınması üzərində işləyəcəyik”
2019-01-14 17:25:01

Ötən il Artsax Respublikasının Xarici işlər nazirliyi üçün tədbirlər və fəaliyyətlərimizlə əlaqəli bir sıra hadisələr və tədbirlər keçirilmişdir ki, onlar da bu və digər tərzlə bizim fəaliyyətimiz üzərinə təsir etmişdir.

Bu gün keçirdiyi mətbuat konfransında AR Xarici işlər naziri Masis Mailyan bildirib ki, 2018-ci ildə, Artsaxın Milli azadlığı mübarizəsinin 30-cu ildönümü keçirilib.Bu baxımla xarici ölkələrdə böyük işlər aparılıb.ER diplomatik nümayəndələri,Hay Dat və müxtəlif təşkilatlar vasitəsiylə bütün bunlar həyata keçirilib.

“Los Ancelesdə, Vaşinqtonda, Sidneydə, Moskvada, Beyrutda və digər yerlərdə bir neçə onlarla tədbirlər təşkil edildi. Bununla yanaşı, 2018-ci ildə Sumqayıtda ermənilərin başına gətirilən soyqırımının 30-cu ildönümü qeyd olundu, bu da xaricdə müxtəlif erməniocaxlarında qeyd olundu”- deyərək Maillian əlavə edib ki, ötən il də ER-da Frankofoniya Sammitində iştirak edib.

“Yerevanda Fransız dilli iştirak edən ölkələrinin bir Ekspo sərgisi nümayişi də keçirilib. Burada bir pavilyonumuz vardı, orada biz Artsaxda hazırlanmış məhsulları təqdim etmişdik.Bizim turizm potensialımız da bu şəkildə təqdim edilmişdir. Həmin günlərdə bir qrup jurnalist, Artsaxı ziyarət etdi və fransız dilində bir çox məqalələr dərc olundu. 2018-ci il üçün təşəbbüs edilən proqramların çoxunu həyata keçirməyi bacarmışıq”-deyə Mailyan bəyan edib. Xarici işlər nazirinin sözlərinə görə, 2019-cu ildə beynəlxalqcasına tanınması və Artsaxın mərkəzsizləşdirilmiş əməkdaşlığı istiqamətində ardıcıl olaraq işləməyə davam edəcəklər, həmçinin müxtəlif təşkilatlar və şirkətlərlə və strukturlarla xarici iqtisadi əlaqələri inkişaf etdirəcəklər.