192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Al.Lukaşenko N.Paşinyanı təbrik etdi
2019-01-15 10:15:16

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan Respublikasının Baş naziri vəzifəsinə seçilməsi münasibətilə Nikol Pashinyana təbrik məktubu göndərib. Bu barədəhökumətin İnformasiya və İctimaiyyətlə əlaqələr departamenti məlumat verir.

Belarus Prezidentinin bəyanatında xüsusən deyilir:

“Hörmətli Nikol Vovayi, mühüm bir siyasi seçki kampaniyasının, parlamentin yeni tərkibinin və Ermənistan Respublikasının Baş nazirinin təyinatının uğurla başa çatması münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən əminəm ki, Belarus ilə Ermənistan arasında qarşılıqlı əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edəcək və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə kömək edəcəkdir.

Hörmətli Nikol Vovayi, Sizə möhkəm can sağlığı, xoşbəxtlik və dövlət vəzifəsində uğurlar diləyirəm”.