192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
RF Baş naziri Dmitri Medvedev Nikol Paşinyanı təbrik etdi
2019-01-15 10:44:56

Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev Nikol Paşinyanı Ermənistanın Baş naziri vəzifəsinə təyin edilməsi münasibətiylə təbrik etdi. Bu barədə Rusiya Federasiyasının, Baş nazirinin mətbuat xidmətinə istinadən TASS məlumat verib.

“Ümid edirəm ki, birgə səylər nəticəsində biz Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya potensialından tam istifadə edə biləcəyik”-deyərək təbrik məktubunda qeyd edilib.

Medvedev iqtisadi, enerji, nəqliyyat, infrastruktur və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq perspektivli layihələr və təşəbbüslər üçün əlverişli şərait yaradacağına ümidvar olduğunu bildirib”.