192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan prezidenti SAM və bir sıra digər qurumları ləğv edib
2019-01-15 11:20:37

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 14-də ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda bir sıra idarələrin ləğvini və ya yenidən təşkilini nəzərdə tutur.

Xüsusən, Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi özünümaliyyələşdirmə prinsipi əsasında yenidən təşkil ediləcək.

Bununla yanaşı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi fəaliyyətlərinin ictimai əsaslarla yenidən təşkili məqsədilə ləğv edilir.