192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Әli Kәrimli islamçı mәhbuslara qarşı zülmә etiraz etmәyә çağırdı
2019-01-15 13:41:57

AXCP sədri Əli Kərimli Tale Bağırzadə, Abbas Hüseyn və Müsəlman Birliyi Hərəkatının digər fəallarına qarşı son günlər daha da artan qəddarlıq haqda yazıb.

AXCP sədri T.Bağırzadənin dini, siyasi görüşlərinə münasibətindən asılı olmayaraq hamını bu anti-insani hərəkətlərə etiraz etməyə, siyasi məhbuslara sahib çıxmağa çağırıram:

“Tale Bağırzadə özü ailəsinə zəng edərək, Abbas Hüseynin kamerasına basqın edildiyini, onun vəhşicəsinə döyülüb, başqa yerə aparıldığını görüb. Özünün qollarına qanlı qandal vurub, möhkəm sıxırlar. Qandaldakı qanın kimə məxsus olduğunu və həmin şəxsin hansısa xəstəliyi olduğunu da təbii ki, Tale bəy bilmir. Ancaq ola bilsin ki, bu yolla onu qan ilə keçən hansısa ağır xəstəliyə yoluxdurmaq istəyirlər. Daha əvvəl öz kamera yoldaşını öldürmüş bir xəstə cinayətkarı indi Tale bəyə kamera yoldaşı ediblər…

Milli Şuranın 19 yanvar mitinqi bütün bu haqsızlıqlara dinc və kütləvi etiraz etmək imkanıdır”.