192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Tofiq Yaqublu quru aclığa keçib, Xədicə İsmayıl aclığa başlayıb
2019-01-15 15:03:20

Aclıq aksiyasının bütün siyasi məhbuslar azadlığa buraxılanadək davam etdirləcəyi bildirilir

“Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə aclıq keçirən Müsavat Partiyasının divan üzvü Tofiq Yaqublu və Natiq İsrafilov yanvarın 15-dən su içməkdən imtina edib. Bu barədə Tofiq Yaqublu Amerikanın Səsinə bildirib.

Tofiq Yaqublu yanvarın 4-dən, Natiq İsrafilov isə yanvarın 9-dan aclıq edir.

Hazırda Müsavat Partiyasının mənzil-qərargahında Sənubər Heydərova, Natiq İsrafilov, Şamil Nəsirli, Tofiq Yaqublu və Natiq Abdullayev aclıq edir.

Tofiq Yaqublu facebook vasitəsi ilə yaydığı videomüraciətində insanları Milli Şuranın yanvarın 19-da siyasi məhbuslara azadlıq tələbi ilə keçirəcəyi mitinqdə iştiraka dəvət edir.

“Təəssüf ki, Azərbaycan cəmiyyəti mitinqlərə zəruri bir aksiya kimi baxmır. Mən sizə tarixdən misallar çəkim. Mitinqlərin qadağan edildiyi ölkələrin aqibətinə baxın. Hanı SSRİ, bu ölkədə mitinq etmək qadağan idi. Köhnə sosialist düşərgəsi ölkələri indi haradadır? Yuqoslaviya, Çexoslavakiya, Almaniya Demokratik Respublikası haradadır? Macarıstan, Bolqarıstan, Polşa əvvəlki haslındandırmı? Amma inkişaf etmiş qərb dövlətlərində mitinqlər, etirazlar, nümayişlər bir həyat tərzidir. Burada qarşıdurmalar da olur. Amma bunlar xaos deyil. Məhz həmin aksiyaların, qarşıdrumaların hesabına o dövlətlər böyük iqtisadi qüdrətə sahibdirlər. O ölkələr güclüdür, orada hüququn aliliyi var, vətəndaşlar firəvan yaşayır”, Yaqublu qeyd edib.

Yanvarın 15-dən jurnalist Xədicə İsmayıl da aclıq aksiyasına qoşulub. O Amerikanın Səsinə müsahibəsində bildirib ki, aclığı su qəbul etməklə tələbləri yerinə yetirilənədək davam etdirəcək.

“Tələbim, ilk növbədə, həbs müddətləri başa çatmasına az qalmış yenidən şərlənərək həbsə atılan siyasi məhbusların azadlığa buraxılmasıdır. Ümumiyyətlə bütün siyasi məhbusların, ifadə azadlığına görə həbs olunmuş bütün şəxslərin azadlığa buraxılmasını tələb edirəm. Hökumətdən həm də tələb edirəm ki, bütün siyasi məhbusların işiüzrə müstəqil vətəndaş cəmiyyəti üzvləri tərəfindən yaradılmış qurum fəaliyyətə başlasın və onların işini yenidən araşdırsın”, o qeyd edib.