192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan tərəfi ATƏT missiyasını öz cəbhə mövqeyinə aparmayıb
2019-01-15 13:04:22

Artsax Respublikasının hakimiyyətləriylə əldə edilmiş razılığa  uyğun olaraq yanvarın 15-də ATƏT missiyası Artsax və Azərbaycan Silahlı qüvvələrinin təmas xəttində  Martakert rayonunun  Levonarx  kəndindən cənubi-şərq hissəsinə doğru  atəşkəs rejiminin müntəzəm monitorinqini keçirib.

Artsax Respublikasının  Xarici İşlər Nazirliyindən bildirildiyinə əsasən,   Artsax Respublikasının Müdafiə Ordusunun mövqelərindən  monitorinqi ATƏT-in fəaliyyətdə olan  sədrinin şəxsi nümayəndəsinin sahə köməkçisi Mixayil Olaru (Moldova) və sədrinin şəxsi nümayəndəsinin şəxsi  köməkçisi Saymon Tiler (Böyük Britaniya) keçirib.

Təmas xəttinin əks  tərəfindən monitorinqi ATƏT fəaliyyətdə olan  sədrinin şəxsi nümayəndəsinin sahə köməkçisi Genadie Petrika (Moldova) və fəaliyyətdə olan  sədrinin şəxsi nümayəndəsi ofisinin işçisi Martin Şuster (Almaniya) keçirib.

Monitorinq cədvəlinə uyğun olaraq keçirilib, lakin Azərbaycan tərəfi ATƏT missiyasını cəbhə mövqeyinə aparmayıb.