192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ATƏT PA-nın insan hüquqları komitəsi Mehman Hüseynovun taleyindən narahatdır
2019-01-15 17:10:00

"ATƏT regionunun bir çox ölkələrində jurnalistlər üçün təhlükəli mühitin qalması böyük narahatlıq doğurur".

Bununla əlaqədar ATƏT Parlament Assambleyasının insan hüquqları üzrə komitəsinin rəhbərliyi - sədr Margareta Kiner Nellen (İsveçrə), sədr müavini Mixael Georq Link (Almaniya) və məruzəçi Kiriakos Xadjiyanni (Kipr) bu gün jurnalistlərin təhlükəsizlik məsələsinə daha çox diqqət yetirməyə çağırıblar.

Hazırki hadisələr sübut edir ki, jurnalistlər artan repressiyalar, qorxutma, fiziki hücumlar və azadlıqlardan məhrum edilmə ilə üzləşirlər.

Xüsusən, komitə rəhbəri Kiner Nellen 2017-ci ilin martında diffamasiya ittihamı ilə həbs edilmiş azərbaycanlı bloger Mehman Hüseynova qarşı yeni ittihamlarla bağlı narahatlığını ifadə edib.

. O, yeni ittihamlara etiraz əlaməti olaraq aclıq aksiyasına başladıqdan sonra mən onun səhhətinə görə də narahatam," Kiner Nellen bildirib.

O, ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Harlem Dezirin Azərbaycan hakimiyyətinə Mehmana qarşı yeni cinayət ittihamlarını ləğv etmək çağırışını təkrar edib.

Öz növbəsində, Xadjiyanni qeyd edib ki, 2018-ci ildə dünyada 80 jurnalist öldürülüb, 348 nəfər həbsdədir, 60 nəfər isə girov saxlanılır.

"Biz çox tez-tez jurnalistlərə və KİV işçilərinə qarşı hücumlar haqqında məlumatlar eşidirik," o bildirib.

"Son aylar ATƏT ölkələrində də jurnalistlərin həbsini, onlara qarşı təhdid və hücumların şahidi oluruq. Bütün insanlara ziyan vuran qorxu və repressiya mühitinin yaranmasına şərait yaradan bu cür hücumları qətiyyətlə pisləyirəm. Jurnalistlər zorakılıqdan və ya qisasdan ehtiyatlanmadan öz işlərini yerinə yetirmək imkanına malik olmalıdırlar. Müvafiq orqanlar bütün hücumları araşdırmalı, təqsirkarları məsuliyyətə cəlb etməli və təhlükəsiz əmək şərtlərini təmin etməlidir."