192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan hökumətinin Milli Şuranın mitinqi ilə bağlı planı – kamera izləməsi, təqib, cəza...
2019-01-16 11:20:20

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirilməsi ilə bağlı müraciətinə cavab verib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumata görə, İH “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla yanvarın 19-da 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verib. 

Musavat.com-a daxil olan məlumata görə, Milli Şuranın mitinqinə icazə verilsə də, müxalifətin olan-qalan azsaylı elektoratını daha da zəiflətmək üçün bu aksiyada iştirak edəcək vətəndaşlar xüsusi diqqətdə olacaqlar. Xəbərə görə, artıq indidən aksiya keçiriləcək əraziyə xüsusi izləmə kameraları quraşdırılır. Bununla yanaşı, mitinq günü aksiya iştirakçılarını hətta bir-bir foto və videoya çəkmək üçün xüsusi çəkiliş qrupları hazırlanır.

Məqsəd isə Milli Şuranın mitinqinə qatılan şəxsləri aksiyadan dərhal sonra tapıb, müvafiq qaydada cəzalandırmaq, dövlət qulluğunda, müxtəlif şirkətlərdə çalışan, ali məktəblərdə təhsil alan yaxınlarına təzyiqlər göstərmək, onları da işdən azad etməkdir. Hətta sosial şəbəkələrdə mitinqlə bağlı təbliğati çağırışlar edən şəxslərin də cəzalandırılacağı, inzibati həbs ediləcəkləri də gələn xəbərlər sırasındadır. Qeyd edək ki, sosial şəbəkələrdə müxtəlif çağırışlar edən şəxslərin cəzalandırılması üçün də son illərdə hüquqi mexanizmlər yaradılıb.

Bu, hökumətin yeni taktikası deyil. Xatırlayırsınızsa, Milli Şuranın 2017-ci, 2018-ci illərdə keçirilən mitinqləri zamanı da eyni taktikadan istifadə edilmişdi.

Belə ki, iqtidar Milli Şuranın mitinqlərində iştirak edən büdcə təşkilatlarında çalışanlara, tələbələrə, tibb personalına və müəllimlərə qarşı cəza tədbirləri həyata keçirmişdi. Bununla bağlı o zamanlar müsavat.com-a onlara şəxs şikayət etmişdi. Şikayətlərdə bildirilirdi ki, mitinqdə iştirakları müxtəlif yollarla fiksə edilib, bundan sonra isə özləri və yaxınlarına təzyiqlər göstərilməyə başlayıb. Məlumatlarda qeyd edilirdi ki, özlərinin və yaxınlarının çalışdıqları, təhsil aldıqları qurumun rəhbərliyə onların mitinqdə iştirakını təsdiq edən foto və video sübutlar təqdim olunub. Bunun əsasında da Milli Şuranın mitinqinə qatılan vətəndaşlara qarşı iş və təhsil yerlərində təzyiq və cəza tədbirləri görülüb. Onlarla şəxs bu səbəbdən işdən azad edilmişdi.

Hətta özəl şirkətlərdə çalışanlar da işsiz qalmışdılar. Bəllidir ki, Azərbaycanda əksər özəl şirkətlər bu və ya digər şəkildə iqtidara bağlıdır. O səbəbdən özəl təşkilatlarda çalışanlar da mitinqdə iştirakından sonra çalışdıqları şirkətdən kənarlaşdırılıblar.

Musavat.com-a daxil olan xəbərdə o da qeyd edilir ki, hakimiyyətin xüsusi tapşırığı əsasında universitet, orta məktəb, səhiyyə sistemi və bütün kateqoriyadan olan büdcə təşkilatlarında Milli Şuranın mitinqinə qatılma ehtimalı və potensialı olan hər kəsin artıq siyahılaşdırılması aparılır.

Qeyd edilən bütün bu tədbirlər ona hesablanıb ki, mitinqdən dərhal sonra aksiyada iştirak edən şəxslər sərt cəzalandırılsınlar.

Məsələ ondadır ki, xüsusi üztanıma proqramları ilə təchiz edilmiş kameralarla və digər üsullarla mitinqə qatılanların hamısını fiksə etmək mümkündür. Əvvəla o səbəbdən ki, təcrübə Milli Şuranın mitinqlərinə maksimum 1000-1500 adamın qatıldığını göstərir, onları da bir-bir təsbit etmək çətin məsələ deyil. Hətta iştirakçılar 3-4 min nəfər olsalar belə, bir neçə qrupun apardığı çəkilişlər, habelə onlarla saytlarda dərc olunacaq şəkillərdən, eyni zamanda meydan ətrafında, - giriş çıxışlarda quraşdırılan kameralarla onları tanımaq, tapmaq cəmi 1-2 saatın işidir...