192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
''Aclıq aksiyasını dayandırmasanız içəri qoşun yeridəcəyik''
2019-01-16 12:47:04

Aclıq aksiyası keçirən məhbusları Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları hədələyib. Bu barədə beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı Bayram Məmmədovla İlkin Rüstəmzadə ailələrinə məlumat verib. Onlar bildiriblər ki, ciddi cəhdlə aclıq aksiyasını dayandırmaları tələb edilir.

Meydan TV-yə bu barədə siyasi məhbusların ailə üzvləri məlumat veriblər. Bildiriblər ki, onlar aclığı dayandırmayıblar, davam etdirirlər:

"İlkinə deyiblər ki, hamısı sənin işlərindi, sənin başının altından çıxır. Bayramı da hədələyiblər ki, belə davam etsəniz, qoşun yeridəcəyik. Ərizələrini götürüb qeydə almayıblar. Buna görə onların aclıq aksiyasına hər hansı bir tibbi dəstək yoxdur. Əhsən Nuruzadəni də hədələyiblər, ailə üzvlərinə də zəng ediblər. Onlara da deyiblər ki, aclıq aksiyasını dayandırmasalar qoşun yeridəcəklər".

Hazırda məhbus həyatı yaşayan Mehman Hüseynova qarşı azadlığına iki ay qalmış qarşı yeni cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə təqsirləndirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib. Sonradan bu aksiyaya ictimai fəallar, siyasətçilər və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslər də qoşulublar.