192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər
2019-01-16 13:34:56

Yanvarın 15-də Qırmızı Xaç Komitəsi ofisinin əməkdaşları 13 saylı koloniyada aclıq edən siyasi məhbuslar İlkin Rüstəmzadə, Əhsən Nuruzadə, Bayram Məmmədli və Elçin İsmayıllıya baş çəkiblər.

Bu barədə Turan agentliyinə hüquq müdafiəçisi Öqtay Gülalıyev məlumat verib. Onun sözlərinə görə, Qırmızı Xaç Komitəsinin işçiləri həmin məhbusların saxlanma şəraiti ilə tanış olublar. Onlar koloniya rəhbərliyinə tövsiyə ediblər ki, aclıq edənləri digər məhbuslardan ayırsınlar və onlar həkim nəzarətinə götürülsün, ailə üzvləri ilə ünsiyyət üçün şərait yaradılsın.