192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AzTV-nin sədri işdən çıxarıldı, Arif Alışanovu bitirən səbəblər
2019-01-16 15:19:37

Azərbaycan prezidenti İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Son məlumata görə, Azərbaycan Dövlət Televiziyanın youtube səhifəsi qapadılıb.

Arif Alışanov bu vəzifəyə 2006-cı il avqustun 16-da təyin edilmişdi.

Minval.az yazır ki, bir müddət əvvəl Arif Alışanovla bağlı məhkəmədə xeyli ilginc faktlar ortaya çıxmışdı; televiziyada hərc-mərclik və işçilər arasında ayrı-seçkilik hökm sürürdü

Modern.az-ın məlumatına görə, AzTV sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədliyə tapşırılıb. Rövşən Məmmədov AzTV-yə 2015-ci ildə gəlib. Bu təyinatadək AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı idi. O, daha əvvəllər “Lider” TV-də çalışıb. R.Məmmədov hazırda AzTV-də çalışmaqla yanaşı, Bakı Avrasiya Universitetində də dərs deyir.

AzTV sədri və onun yaxın adamlarının idarəçiliyi haqda çoxsaylı şikayətlər vardı. İşçilərə az maaş verilməsi, hərc-mərclik, işçilər arasında ayrı-seçkilik haqda çoxlu iddialar vardı.

Qeyd edək ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun məhkəmə prosesi olub. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Arif Alışanovla bağlı xeyli ilginc faktlar ortaya çıxmışdı. Məsələn, məlum olmuşdu ki, ölkənin büdcədən maliyyələşən əsas telekanalının rəhbəri Şamaxı rayonunda təxminən 6 milyon manatlıq torpaq alveri edibmiş. Bundan başqa, onun Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var imiş. O da məlum olmuşdu ki, sabiq AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olurmuş. Tərəflərin vəkillərinin vəsatətlərinə baxmayaraq, A.Alışanovun məhkəməyə gəlmədi. Prosesdə yalnız onun ifadəsi elan edildi. O bildirib ki, 2012-ci ildə qardaşı, yeznəsi və qayınları ilə birgə Şamaxıda vətəndaşların pay torpağını pulla alınmasını Ş.Əkbərovdan xahiş edib. AzTV sədrinin sözlərinə görə, Ş.Əkbərov və digərləri 2016-cı ildə Şamaxı rayonu ərazisində onu, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevi öldürməyə cəhd edib. A.Alışanov deyib ki, Ş.Əkbərov onun və qohumlarının, ümumilikdə, 4 milyon 677 min manat pulunu mənimsəyib.

Sui-qəsddə təqsirləndirilən Ş. Əkbərov isə son sözündə günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarmasını istəmişdi. Hökmə əsasən, Ş. Əkbərov 18 il, Z. Şirinov 16 il, Q. Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.